Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:47

Məşhur ərəb şairi Suriya liderini istefa verməyə çağırdı


Adonis (Ali Ahmad Said Asbar)
Adonis (Ali Ahmad Said Asbar)
Təkcə Suriyanın yox, bütün ərəb dünyasının ən məşhur şairi olan Adonis Süriya lideri Bəşər Əsədi istefa verməyə çağırıb.

“Mən onun yerinə olsaydım, hakimiyyətdən gedərdim... Onun rəhbərlik etdiyi rejim daxilində radikallar var. Onlar “ya hər şey, ya da heç nə” deyirlər. Bunun axırı yoxdur”.

Uzun illərdir Suriyadan kənarda yaşayan 81 yaşlı Adonis bunu Livanın paytaxtı Beyrutda Küveytin “Al Rai” qəzetinə verdiyi müsahibədə deyib.

Amma Adonis Suriyadakı müxalifət qruplarını da tənqid edərək onların birləşə bilmədiyini bildirib.

“Müxalifət qüvvələri öz aralarında dinin dövlətdən ayrı olması kimi baza prinsiplərində razılığa gələ bilməyiblər”.

Adunis onu da qeyd edib ki, müxalifət həm də “Suriyanın kütləvi irqçilikdən əziyyət çəkdiyinə diqqət yetirmir. Məsələn, niyə Suriyada kürd, yaxud assuriyalının prezident olmaq haqqı yoxdur?”

Bundan əvvəl Adonisi Suriyada baş verənlərə yetərincə sərt reaksiya verməməkdə ittiham edənlər vardı.

Suriya təhlükəsizlik qüvvələri aylardır davam edən və bütün ölkəni bürüyən üsyanı yatırtmağa çalışırlar, öldürülən üsyançıların sayı artıq 1650-ü keçib

Təkcə ötən həftənin sonunda təhlükəsizlik qüvvələrinin üsyançılara açdıqları atəş nəticəsində 200-dən çox adam ölüb.

Bundan sonra BMT-nin baş katibi Ban Ki Mun Suriya prezidentinə zəng edərək zorakılığı dayandırmağa çağırıb.

Hətta Səudiyyə kralı da “Suriyada baş verənlərin qəbuledilməz olduğunu” bildirib.

Həmçinin oxu
Ərəblərin ən məşhur şairini mövqesizlikdə günahlandırırlar
50 min avroluq mükafat suriyalı şairə verildi
XS
SM
MD
LG