Hacıqabulda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.
Beləliklə, ölənlərin sayı 3-ə çatıb.
Hacıqabul rayon prokurorunun köməkçisi Elmar İbrahimov AzadlıqRadiosuna bildirib ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 225.2 maddəsi (yanğın təhlükəsizliyi qaydalarını pozma) üzrə cinayət işi açılıb.
Hələlik məsuliyyətə cəlb olunan yoxdur.
***
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, nazirliyin qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilib.
Yanğın saat 15:57-də söndürülüb.
***
«Azpetrol»un mətbuat xidmətinin rəhbəri Camal Zeynalov «Lent.az»a bildirib ki, partlayışa səbəb olan yanacaq daşıyan maşın adıçəkilən şirkətə məxsus olmayıb:
«Partlayışa səbəb olan yanacaq daşıyan maşın Bakı istiqamətinə hərəkət edirmiş. Bu zaman onun qarşısına başqa bir avtomobil çıxıb və yanacaq daşıyan avtomobilin sürücüsü qəzadan yayınmaq üçün maşını yanacaqdoldurma məntəqəsinə tərəf döndərib. Ancaq sürücü idarəetməni itirdiyindən avtomobil məntəqəyə çırpılıb və nəticədə partlayış baş verib. Hazırda həmin yanacaq daşıyan maşının hansı şirkətə aid olması və ziyanın miqdarı araşdırılır».
Hacıqabul rayon Xəstəxanasından baş həkimin müavini Fatma İsmayılova AzadlıqRadiosuna bildirib ki, xəstəxanaya 11 yaralı gətirilib, onlardan birinin vəziyyəti ağırdır.
Şirvan rayon Xəstəxanasına 1 ölü, 1 yaralı gətirilib. Baş tibb bacısı Şirinqız Əsədullayeva deyir ki, yaralının vəziyyəti ağırdır.
Kürdəmir rayon Xəstəxanasının dispetçerinin verdiyi məlumata görə isə, xəstəxanaya 6 yaralı gətirilib.
***
Avqustun 9-u saat 15 radələrində Hacıqabul rayonu Padarçöl kəndi ərazisində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Hacıqabul rayon Polis Şöbəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, maye qaz daşıyan «Kamaz» partlayıb. Həmin vaxt məntəqədən yanacaq dolduran 5 maşın alışıb.
Hazırda yaralılar Kürdəmir, Sabirabad, Şirvan, Hacıqabul xəstəxanalarına aparılır. Ölən və yaralılar haqqında dəqiq məlumat yoxdur.
«Azpetrol» şirkətinin əməliyyat departamentinin direktor köməkçisi Kənan Xəlilov da AzadlıqRadiosuna deyib ki, maye qaz dolu maşın yanacaqdoldurma məntəqəsinə daxil olub. Bundan sonra partlayış baş verib.
Kənan Xəlilov da tələfat haqqında məlumat verə bilməyəcəyini bildirdi.