Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:15

«Medvedevin vasitəçiliyi fiaskoya uğramaq üzrədir»


Elxan Şahinoğlu
Elxan Şahinoğlu
«İşdən sonra» proqramında konfliktoloq Əvəz Həsənov, politoloqlar – «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və deputat Rasim Musabəyov Soçi görüşünün nəticələri barədə danışırlar.

Elxan Şahinoğlu:

«Medvedevin sözləri birbaşa Azərbaycana təhdid idi ki, siz müharibəyə başlasaz, qarşınızda bizi görəcəksiniz… Bundan sonra isə Soçi görüşü baş tutdu. Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən görüşdən sonra adətən eyni fikirlər səslənir ki, mövqelər yaxınlaşdı, müəyyən qədər irəliyə doğru addımlar var. Amma bu, görüntüdür. Heç də vəziyyət ürəkaçan deyil. Çünki prinsipial məsələlərdə, referendum məsələsində fikirlər haçalanır. Ermənistan üçün bu, vacib məsələdir. Azərbaycan tərəfi də bildirir ki, bu məsələdə güzəştə getməyəcək. Bu maddəni qəbul etmir.
Əvəz Həsənov
Odur ki, hansı razılaşmadan, hansı mövqelərin yaxınlaşmasından söhbət gedə bilər? Mən düşünürəm ki, artıq Medvedevin vasitəçiliyi fiaskoya uğramaq üzrədir…».

Əvəz Həsənov:

«Daha çox İlham Əliyevin ünvanına «müharibədən əl çək!» mesajı səslənə bilər. Təbii ki, Rusiyanın münaqişənin vəziyyətini dəyişmək fikri yoxdur… Qaldı İlham Əliyevin cavabına, ola bilsin, şəxsi danışıqlarında o, bunları səsləndirib. Mən ona təəccübləndim ki, Azərbaycan mətbuatında, Azərbaycanın ictimai siyasi dairələrində Rusiyanın bu təhdidinə sanballı bir cavab olmadı. Bizim insanlar çox arxayınlaşıblar. Biz belə qlobal şeyləri müzakirə etməyə maraqsızıq...».

Rasim Musabəyov
Rasim Musabəyov:

«Mən razı deyiləm ki, Medvedev Azərbaycanı hədələyib. Rusiya bəyəm indi super dövlətdir? Qələt edib deyirdi onları Medvedev. Medvedev orada lovğalanırdı. Bu sözlərə görə vahiməyə düşməyə heç bir lüzum yoxdur. Bu sözləri öz üzərimizə götürüb desək ki, Rusiya Azərbaycanı hədələyir, bu, yanlış olar. Azərbaycanın Rusiyadan heç bir asılılığı yoxdur. Əksinə, Rusiyanın Azərbaycandan bir çox istəkləri var. Ermənistan Rusiyadan tamamilə asılı bir dövlətdir. Rusiyanın Ermənistanı ağla gətirmək üçün kifayət qədər imkanları və rıçaqları var. Bu baxımdan Medvedev öz karyerasını hansısa bir uğurla tamamlamaq istəyirsə, getsin, öz forpostun ağla gətirsin…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG