Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:31

Qırğızıstanda 83 nəfər prezidentliyə iddialıdır


Qırğızıstanda prezident seçkilərində iştirak etmək üçün 83 nəfər namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, onların yalnız 16-si siyasi partiyalar tərəfindən irəli sürülüb, qalanları öz təşəbbüsü ilə seçkilərə qatılanlardır.

Növbəti mərhələdə namizədlər azı 30 min imza toplamalı, 100 min som (2 239 dollar) ödəməli və canlı efirlə yayımlanan ana dili imtahanından keçməlidirlər.

Prezident seçkiləri oktyabrın 30-a təyin olunub. Əsas rəqabətin baş nazir, Sosial Demokrat partiyasının lideri Almazbek Atambaev, milliyətçi Ata-Yurd partiyasından Kamchibek Tashiev və solçu Ata Məkan partiyasının rəhbəri Omurbek Tekebaev arasında olacağı gözlənilir.

Bu, ötən il prezident Kurmanbek Bakiyevin istefası ilə nəticələnən inqilabdan sonra Qırğızıstanda keçirilən ilk prezident seçkiləridir.
XS
SM
MD
LG