Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:30

Lənkəranda hərbi komissarın müavini həbs olunub


Lənkəran rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilmiş polkovnik-leytenant Hüseyn İbrahimov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.2.3-cü (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, H. İbrahimov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu haqda APA Informasiya Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Respublika Hərbi Prokurorluğu 3 aydan artıq Lənkəran Rayon Hərbi Komissarlığında yoxlamalar aparıb. Yoxlamalar bu ay başa çatıb və komissarlıqda ciddi korrupsiya faktları aşkarlandığı bildirilir. Yoxlamaların nəticəsi olaraq Hüseyn İbrahimov saxlanılıb.
Bir müddət əvvəl Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin rəisi, polkovnik-leytenant Etibar Nuriyev və bir sıra rayonların hərbi komissarları korrupsiya faktı ilə bağlı həbs edilmişdilər.
Respublikanın hərbi prokuroru Xanlar Vəliyevsə yaxın günlərdə bildirib ki, başçılıq etdiyi qurum korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində 58 fakt üzrə cinayət işi başlayıb.
XS
SM
MD
LG