«Budu, budu mənim oğlum, o qara oğlan. Heç nə eləmir. Bircə qadınların qabağına durduğu üçün onu tutublar».
62 yaşlı Balakişi İsmayılov dörd ay əvvəl – mayın 6-da Təhsil Nazirliyinin qarşısında hicabla bağlı aksiyada saxlanmış oğlunu göstərir bizə.
Youtube.com saytında yerləşdirilən videogörüntüdə oğlu Tərlan İsmayılovun kənardan baxdığı görünür. Az sonrasa mülki geyimlilərin əhatəsində, üzü qan içində saxlanaraq aparıldığı kadrlar gəlir.
«GÖRÜNTÜDƏ VAR, GÖZÜNÜN ALTINI PARTLADIBLAR»
Balakişi İsmayılov oğlunun günahsız yerə tutulduğunu deyir. Onun həmin mitinqə təsadüfən getdiyini, onu aksiyaya yolda qarşılaşdığı qonşularının apardığını söyləyir:
«Gedib də. Nə deyim indi. Gedib. Sonra onunla olan qonşu uşaqlar dedi ki, Tərlanla biz qıraqdan baxırdıq. Tərlan dedi ki, gedək, bura bizim yerimiz deyil. Getmək istəyəndə gördük qadınları vururlar, qayıtdı ki, «vurmayın onları». Polis dedi ki, «sən də bunlarlasan?» Altı-yeddi polis - görüntüdə də var – üstünə düşüblər, «dubinka»yla, təpiklə. Səsi də gəlir: «Vurmayın, vurmayın!» Görüntüdə də var - gözünün altını partladıblar. Oğlum idmançıdır, istəsə qaça bilərdi. O deyir ki, inanmadım məni tutsunlar, çünki heç nə eləməmişdim».
Tərlan İsmayılovun 27 yaşı var. Kooperasiya Universitetinin məzunudur. Bakıdakı tanınmış mühafizə xidmətlərinin birində çalışır.
«AND VERDİM Kİ, POLİSİ VURMUSANSA, GEDİM YALVARIM, XAHİŞ EDİM»
Balakişi İsmayılov:
«İkisi də namaz qılandır, içən deyillər, narkoman deyillər. 43 il maşinist olmuşam, fəhləliklə böyütmüşəm onları... And verdim onu ki, bəlkə polisi vurmusan? Vurmusansa, gedim yalvarım, xahiş edim. Dedi ki, heç kimə çırtma da vurmamışam... Sonra onu döyən iki polis üzünə durub şahidlik eləyib. Biri deyir ki, burnumu sındırıb...»
«DAŞ ATAN DA, ATMAYAN DA EYNİ MADDƏYLƏ İTTİHAM OLUNUR»
Mayın 6-da Təhsil Nazirliyinin qarşısında hicab qadağasına etiraz aksiyasında
16 nəfər saxlanıb. Onlar Cinayət Məcəlləsinin 221.3 maddəsilə ittiham olunurlar. Yəni soyuq silahdan istifadə etməklə xuliqanlıqda. Bir az da dəqiqləşdirək. Polisə daş atmaqda təqsirli bilinirlər. Təqsirləndirilənləri 3 ildən 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq beş nəfərlik birinci qrupun avqustun 25-də məhkəmə prosesi başlayır.
Bu qrupdakı Əlvan Hüseynov və Rövşən Məmmədov daş atdıqlarına görə üzr istəyiblər və bununla bağlı prezidentə də müraciət ediblər. Amma onların vəkili Anar Qasımlı deyir ki, müdafiə etdiyi şəxslərin atdığı daşın kiməsə və ya nəsə xətər yetirməsinin sübutu yoxdur:
«Daş atıblar düzdü. Amma bu, böyük ictimai təhlükəli nəticələr törətməyib. İttiham üçün əsas da yox idi».
Tərlan İsmayılovun vəkili Dilqəm Ağayevsə bildirir ki, müdafiə etdiyi şəxs heç kimə daş atmayıb və bunu sübut edən görüntülər də yoxdur. İkincisi, daş atan da, atmayan da elə eyni maddəylə ittiham olunur:
«Faktiki olaraq onun həmin maddəylə ittiham olunması üçün sübut yoxdur. Əvvəlcə dedilər ki, kadrlarda Tərlan İsmayılovun aktivliyi göstəriləcək. Amma üzə çıxmadı. Yalnız polis tutanda aparıldığı görsənir. Bizdəki kadrlar göstərir ki, Tərlan İsmayılov özü döyülüb».
Hüquq mühafizə orqanları bildirirlər ki, aksiya iştirakçıları 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurublar. Eyni zamanda, 26 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilib, onlardan 5-i hospitala yerləşdirilib.
MÜSTƏNTİQ: «QANUNİ İŞİMİZİ APARIRIQ»
Balakişi İsmayılovsa iddia edir ki, müstəntiq Vaqif İsmayılov onu aldadıb. Yəni oğlunun günahsız olduğunu, tezliklə azadlığa çıxacağını deyib. Amma sonradan oğluna irəli sürülən ittihamı görəndə ümidi üzülüb.
Müstəntiq Vaqif İsmayılov isə bu haqda danışmağa həvəsli görünmədi. O bircə kəlmə dedi:
«Biz qanuni işimizi aparırıq».
«BU DA İNSANDIR, MÜSƏLMANDIR, NİYƏ BELƏ DÖYMÜSÜZ?»
Balakişi İsmayılovsa istintaqın gedişatı ilə bağlı prezidentə, baş prokurora, Bakı şəhər prokuroruna müraciət edib. İndi də prezidentin xanımıma məktub hazırlayır:
«Mehriban xanıma da yazıram ki, axı, mənim uşağımın günahı yoxdur. Lap mitinqdə tutalım iştirak edib. Axı bunun əlində heç nə olmayıb, daş atmayıb. Guya bu hansısa polisə, maşına xəsarət yetirib. Uşağım ittihama qol çəkmədi, dedi ki, eləmədiyim şeyə qol çəkmərəm. Deyirlər həmin maddə amnistiyaya da düşmür. Heç olmasa cərimə edəydilər, nə qədər adamı tutmuşdular, cərimələyib buraxdılar. Vəkil mənə dedi ki, bunu pis döymüşdülər, qorxdular şikayət edər, ona görə saxladılar. Məhkəməyə gedəndə özüm də gördüm ki, üz-gözü şişib. Özümdən asılı olmadan qışqırdım, necə adamsız? Bu da insandı, müsəlmandır, niyə belə döymüsüz? Sonra da dedi ki, ata, gözüm pis görür...»
«ÖZÜMÜ YANDIRACAM»
Çarəsiz görünən ata oğlunun həbsindən sonra 15 kiloqram arıqladığını deyir. Bir neçə dəfə əməliyyat keçirən, astma xəstəliyindən əziyyət çəkən ata hər gün 3 qutu siqaret çəkdiyini bildirir.
Söhbətin sonundasa təmkinini itirdi, uşaq kimi qəhərləndi. Dəsmalını çıxarıb bir neçə dəfə gözünü sildi. Və təkrar-təkrar eyni sualı verdi: «Sözümü kimə deyim? Fəhlə adamam, əlimdən nə gəlir? Alınmayacaq, gedib Prezident Aparatının qabağında bir şüşə nöyütü başıma töküb özümü yandıracam. Uşağımı tutsalar, yaşamağın mənası yoxdur. Yandırır axı məni, bu qədər olmaz axı... (Qəhər boğur) Bu qədər haqsızlıq olmaz axı... Eh nə bilim. Allaha tapşırıram. Nə deyim, kimə deyim...»