Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:48

Britaniya casusları Hitleri qadına çevirmək istəyirmiş


İtalyan diktatoru Mussolini (solda) və Hitler. Münxen, 1940
İtalyan diktatoru Mussolini (solda) və Hitler. Münxen, 1940
Britaniya hökuməti İkinci dünya müharibəsi zamanı Adolf Hitler üzərində qələbəni onu qadına çevirməklə nail olmaq istəyirmiş.

Plana görə, xüsusi agentlər onun qidasına əks cinsin hormonlarını - estrogenlə zəngin əlavələr etməklə onu qadına çevirməli idi.

"Oxu zalı" Britaniyanın "Daily mail" qəzetinə istinadla xəbər verir ki, bu yolla məqsəd Hitlerin təcavüzkarlığını azaltmaq, qəzəbini neytrallaşdırmaq, onu daha mülayim, sülhpərvər, dinc etmək idi.

Agentlər onun hormonlarını dəyişməklə, katibə işləyən bacısı Paula kimi sözə baxan, itaətkar olmasını istəyirdi.

Britaniya hökumətinin qeyri-adi planları barədə Cardiff Universitetinin professoru Brian Ford «Məxfi silahlar: Texnologiya, Elm və İkinci dünya müharibəsində qələbə əldə etmək uğrunda yarış» kitabında danışır. Britaniya kəşfiyyatının planları haqda məxfi sənədlərin nəşrindən sonra məlum olub.

Müəllif qeyd edir ki, nasist füreri zəhərləmək sadəcə mümkünsüz idi. Onun qəbul edəcəyi bütün yeməklər əvvəldən xüsusi adamlar tərəfindən yoxlanırdı. Estrogenlə isə vəziyyət başqa idi. Dadsız olduğu üçün asanlıqla yeməyə əlavə edilə bilərdi, onun təsirini isə aylarla, mütəmadi qəbul etməklə aşkarlamaq mümkün idi.

Hormonal zərbə britaniyalıların yeganə qeyri-ənənəvi müharibə metodu deyildi. Məsələn, alman əsgərlərinin üzərinə havadan yapışqan tökülməsi planı da olub. Bu yapışqan nasist əsgərləri döyüş zamanı yerə yapışdırmalı idi.

Əslində bu cür planları tək britaniyalılar qurmurdu. Nasistlər də müharibədə məğlub olacaqları təqdirdə müttəfiq qoşunlarının tapa biləcəyi yerlərə zəhərli kolbasa, şokolad və Nescafe-ni qoymağı planlaşdırırmış.

Professor Brian Fordun qeyri-adi müharibə metodları ilə bağlı kitabı sentyabrın 20-də işıq üzü görəcək.
XS
SM
MD
LG