Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:48

Liviyanın dondurulmuş aktivləri açıla bilər


Fransa ilə Böyük Britaniya Liviyanın dondurulmuş aktivlərinin açılması və bu ölkəyə qarşı sanksiyaların götürülməsini nəzərdə tutan qətnamə layihəsi hazırlayırlar.

Döyüşlər davam etsə də Liviyanın paytaxtı Tripolinin əksər hissəsi üsyançıların nəzarətindədir.

Məlumatlara görə xarici jurnalistlərin yaşadığı hotelin ətrafında da döyüşlər gedir.

Qaddafinin yeri isə hələlik bəlli deyil.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq (William Hague) bildirib ki, artıq Qaddafi rejimi ölkəyə nəzarəti itirib.

Qaddafi bundan əvəl Tripolinin əksər hissəsindən geri çəkilməsini taktiki gediş adlandırıb və ya şəhid, ya da qalib olacağını bəyan edib.
XS
SM
MD
LG