Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:31

Məhkəmənin hökmünə himn ilə etiraz (VİDEO)


Müxalifət fəallarına hökm oxundu
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00
Direct-ə keçid

Avqustun 25-də ictimai qaydanı pozmaq və hakimiyyət nümayəndəsinə müqavimətdə ittiham olunan 2 aprel məhbuslarından 6 nəfəri 3 ilə qədər azadlıqdan məhrum edilib. Hökmün oxunduğu Səbael rayon məhkəməsinin qarşısında müxalifət fəalları həmkarlarını dəstəkl

Avqustun 25-də 2 aprel məhbuslarından 6 nəfərinə Səbael rayon məhkəməsində hökm oxundu.

AXCP üzvü Arif Alışlı 3 il, bitərəf Elnur İsrəfilov 2 il 6 ay, AXCP üzvləri Zülfüqar Eyvazlı və Babək Həsənov 1 il 6 ay, AXCP sədrinin müşaviri Sahib Kərimov və Müsavat üzvü Elşən Həsənov 2 il azadlıqdan məhrum edildi.

Hakim bu şəxslərə qarşı qaldırılmış ümumilikdə məbləği 6560 manat olan mülki iddianı da təmin etdi. 316 saylı avtobusa dəyən 1325 manatı Arif Alışlı və Elnur İsrəfilov, digər 5235 manatı isə müttəhimlər bərabər şəkildə ödəməlidirlər.

AXCP üzvləri Sahib Kərimov və Zülfüqar Eyvazlıya özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddəsi ilə bəraət hökmü verildi, onlar yalnız ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə günahlı bilindilər. Digər 4 müxalifətçi isə hər iki maddə üzrə ittiham olundu.

MƏHKƏMƏDƏ GÖZ YAŞLARI

Hakim Elnur Həsənov hökmü oxuduqdan sonra məhkəmə zalında məhbusun yaxınları Azərbaycan himni oxumaqla hökmün ədalətsiz olduğuna etiraz etdilər. Vəkillərdən bəziləri kövrəlmişdi, hökmü oxunanlardan bir neçəsinin zaldakı yaxınlarıı isə göz yaşlarını saxlaya bilmədi.

Bunlara da nəzər yetirin
2 il 6 ay cəza alan Elnur İsrəfilov isə vəkili Yalçın İmanovu qucaqlamaqla heç nədən qorxmadığını, «bundan sonra da irəli gedəcəyini» bildirdi. Hökmü oxunan digər müxalifət fəalları da zaldakılarla birlikdə himni oxudular, «Azadlıq» şüarları səsləndirdilər.

Məhbusların yaxınları etiraz şüarlarını məhkəmə binasının qarşısında da səsləndirdirlər. Bundan başqa 200-dən çox adam məhkəmənin qarşısındakı yolu bağlamağa cəhd etdi, ancaq polis bunun qarşısını aldı.

«AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNDƏ QARA LƏKƏ»

Arif Alışlının vəkili Mənsum Bayramov ədalətsiz hesab etdiyi bu hökmün Azərbaycanın hüquq sisteminə bir qara ləkə olduğunu deyir:

«Tamamilə qanunsuz, haqsız bir hökmdür. Heç bir sübutlara söykənməyən ittihamı təsdiqləyən bir hökmdür. Düzdür, prokurorun istədiyindən az cəza verildi, maddələrin bəzisi çıxarıldı, amma bu, hakimin məsuliyyətini qətiyyən azaltmır. Dövlət adından bu cür qanunsuz hökm oxunmamalı idi. Mən bu hökmü Azərbaycan qanun siteminə qara bir ləkə hesab edirəm. Yaxın günlərdə bununla bağlı appelyasiya şikayəti veriləcək».

«BU HÖKMÜN SORAĞI AVROPA MƏHKƏMƏSİNƏ GEDİB ÇIXACAQ»

Elnur İsrəfilovun vəkili Yalçın İmanov da hesab edir ki, məhkəmənin hökmü qanuni və hüquqi deyil, yalnız siyasi mülahizələrə əsaslanır:

«İttiham hökmünə əsasən müdafiə etdiyimiz şəxslər barəsində ən ağır cəza seçildi. Biz güman edirdik heç olmasa 1-2 nəfər barədə bəraət hökmü çıxarılacaq, amma bu gümanımız da özünü doğrultmadı. Bu onu deməyə əsas verir ki, Azərbaycanda siyasi işlərdə bir qayda olaraq qanun əsas götürülmür, siyasi mülahizələr hər şeydən öndə tutulur».

Vəkil Yalçın İmanov bildirib ki, məhkəmənin hökmündən appelyasiya şikayəti verəcəklər, yerli məhkəmələrdə bəraətlə bağlı hökm əldə etməsələr, bu işin də sorağı Avropa Məhkəməsinə gedib çıxacaq.

İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Digər 8 nəfərlə bağlı məhkəmə prosesi hələ də davam etməkdədir.
XS
SM
MD
LG