Şirvan şəhərinə səfərimiz «Kolxoz» bazarından başladı. Bu bazarın bir girişində təmir işləri gedirdi. Oradan daxil olub yarımçıq qalmış tikintilərin yanından, daş-kəsəkli yollardan keçib, digər girişə doğru irəliləyirik. Burada yenicə təmir olunmuş, səliqəli mağazalar olsa da, alver yox idi. Əksər mağazalar bağlı idi. Açıq bir neçə mağazalarda isə satıcılardan başqa heç kim gözə dəymirdi.
Sahibkarlar deyir ki, bu bazara vaxtilə iynə atsan yerə düşməzdi. Nəinki yerli əhali, hətta ətraf rayonlardan da alış-veriş üçün bura gəlirlərmiş:
ZORƏN İMZA?
«1989-cu ildən mən bu bazarda külüng çalıram. İndi bizə işləməyə icazə vermirlər. Yerli icra hakimiyyəti bütün sahibkarlara imza atdırıb ki, bazar kənd təsərrüfatı malları satılmayacağı təqdirdə, istifadəyə verilə bilər. Sahibkarlara oxuduldu və tanış olundu ki, burada kənd təsərrüfatı malları satıla bilməz. Mən sual etdim ki, bu, Nazirlər Kabinetinin, prezidentin, ya kimin qərarıdır? Onlar da bildirdilər ki, imzalamasanız, bazarın istifadəsinə icazə verilməyəcək».
İCRA HAKİMİYYƏTİNİN ŞƏRTİ...
Bu bazar 2010-cu il fevral ayının 28-də bağlanıb. Sahibkarlar deyirlər ki, bundan sonra bütün dövlət qurumlarına şikayət etdikdən sonra yerli icra hakimiyyəti bazarın təmir edildikdən sonra istifadəyə verilməsinə razılıq verib. 170-dən çox sahibkar bazarda öz vəsaitləri hesabına təmir işləri aparıblar. Bu dəfə də icra hakimiyyəti başqa bir şərt irəli sürüb:
- «Qadağa qoyublar ki, kənd təsərrüfatı malları satıla bilməz. Amma ən yaxşı bazar buradır. Həmişə də kənd təsərrüfatı malları burada satılıb».
- ««Kolxoz» bazarı kimi fəaliyyət göstərən bir bazara kənd təsərrüfat mallarının satılmasına icazə verilmir. Ticarət azaddırsa, nəyə görə bizə imza atdırıblar ki, yalnız sənaye və geyim satıla bilər? Meyvə-tərəvəz satılması nəyə görə məhdudlaşdırılır. Hansı qanunda, hansı məcəllədə yazılıb?».
ALICILARIN GƏLMƏSİ ÜÇÜN YARADILAN ƏNGƏLLƏR
Sahibkarlar iddia edirlər ki, yerli icra hakimiyyəti təkcə şərt qoymaqla kifayətlənməyib. Üstəlik, bazara alıcıların gəlməsinin qarşısını almaq üçün müxtəlif vasitələrə əl atıblar:
«Bazarın qarşısında maşınların saxlanmasının qarşısını almaq üçün postlar qurulub, bazarın dörd tərəfinə «Giriş qadağandır» işarələri vurulub».
«Kolxoz» bazarı bağlanandan sonra sahibkarlara Şirvan Ticarət Mərkəzində fəaliyyət göstərmələri təklif olunub. İqtisadçı Salman Fərəcov deyir ki, 20 ilə yaxın «Kolxoz» bazarında sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bazar bağlanandan sonra digər sahibkarlar kimi o, da Şirvan Ticarət Mərkəzinə köçmək məcburiyyətində qalıb:
«Bir il işlədim orda. Hər kvadratına 5 manat kirayə pulu alırdılar. Bir gün pulu gecikdirsən deyirlər ki, bağla mağazanı, çıx. Mən özüm hazırda iki banka kredit ödəyirəm, məcburi şəkildə evimi qoymuşam satışa. Bir ayda 400 manat ödəyə bilmədiyimdən, məcbur olub gəlmişəm öz mağazama. Acından ölmək dərəcəsinə gəlib çatmışam».
«NECƏ Kİ, ATASI GƏLİB FƏHLƏLƏRİ YOXLAYIRDI, ÖZÜ DƏ YOXLASIN»
Sahibkarlar deyirlər ki, döymədikləri qapı, müraciət etmədikləri ünvan qalmayıb. Amma problemləri həll olunmur ki, olunmur:
«Bizim müraciət etmədiyimiz yer yoxdur. Mən xahiş edirəm Mehriban xanımdan, İlham Əliyevdən ki, bir biz tərəfə də baxsın. Mən iki ildir işləmirəm, özüm də orucam, bəs mən nə yeyim? Necə ki, atası gəlib fəhlələri yoxlayırdı, özü də gəlsin fəhlələri yoxlasın. Biz fəhlələrdən onun xəbəri yoxdur. Nə olsun, bir neçə dəfə bura gəlib və çıxıb gedib».
ŞİRVAN TİCARƏT MƏRKƏZİ...
Sahibkarlara fəaliyyət göstərmələri üçün təklif olunan Şirvan Ticarət Mərkəzi 3 ilə yaxındır ki, istifadəyə verilib. Ticarət mərkəzinin həyətində həm piştaxtaların üzərində, həm də yerdə kənd təsərrüfatı malları satılır.
Bu ticarət mərkəzinin həyətində, üstü qapalı piştaxtalarda yer haqqı 10 manat, üstü açıq piştaxtalarda isə 5 manatdır. Amma daha ucuz olsun deyə? malını yerdə satanlar da var idi. Burada rəhbərlikdən heç kimi tapa bilməsək də? tanımadığımız insanların arxamızca düşdüyünü hiss edirdik. Satıcılar onların müşahidələri altında danışmaqdan çəkinirdilər. Bununla belə satıcılardan bəziləri yer pulunun baha olmasından narazılıq edirdilər. Amma onlar sonradan bizə yaxınlaşıb səslərindən istifadə etməməyimizi xahiş etdilər.
Alıcılar isə bu bazarın uzaq və baha olmasından gileylənirlər. Alıcı Əhməd Rzayev deyir ki, bazara gəlmək üçün iki marşrut dəyişməli olur:
«Qiymətlər də ki, od qiymətinə. Satıcıya deyəndə ki, niyə belə bahadır, deyirlər ki, bəs yer pulu bahadır, bizdə məcburuq ki, malı baha sataq».
««KOLXOZ» BAZARINDA ŞƏRAİT YOXDUR»
Şirvan şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə müavini Elman Abbasov isə deyir ki, «Kolxoz» bazarında kənd təsərrüfatı mallarının satışı üçün şərait yoxdur:
«O bazar antisanitar vəziyyətinə görə bağlandı. Bazarın təmirdən sonra istifadəsinə icazə verildi. Amma kənd təsərrüfatı mallarından başqa. Çünki orada bu malların satılması üçün şərait yoxdur. Onlar istəyirlər ki, yerdə pomidor, xiyar, göy-göyərti, toyuq-cücə satsınlar. Burda kiminsə istəyindən yox, xalqın mənafeyindən söhbət gedir».
Elman Abbasov Şirvan Ticarət Mərkəzində qiymətlərin baha olması ilə bağlı iradları da qəbul etmir.
«KOLXOZ» BAZARI KİMİNDİR?
«Kolxoz» bazarının Şirvan şəhərinin keçmiş rəhbərliyinə məxsus olduğu bildirilir. Sahibkarlar düşünürlər ki, bu bazarın bağlanması keçmiş rəhbərliyə təzyiqdir. Üstəlik, onlar hesab edirlər ki, köhnə rəhbərliklə yenilərinin çəkişməsi və inhisarçılığın getdikcə dərinləşməsi onların başında çatlayır.