Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:23

Bakıda gənclər Urmiyə gölünün qurumasına etiraz edirlər (VİDEO)


Bakıda İran səfirliyinin qarşısında Urmiyə gölü üçün etiraz
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid

Avqustun 31-də bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib.

Avqustun 31-də bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib. Urmiya gölünün qurudulmasına etiraz edən gənclər «Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir», «Azərbaycan bir olsun mərkəzi Təbriz olsun» və başqa şüarlar səsləndiriblər.

«BİZİ HEÇ KİM AYIRA BİLMƏZ»

Gənclər AzadlıqRadiosuna bildiriblər ki, bu aksiyanı keçirməkdə əsas məqsədləri İran azərbaycanlılarına dəstək verməkdir:

«Tələbimiz odur ki, Urmiya gölünün qurudulmasının qarşısı alınsın. Azərbaycanlılara yaradılan süni ekoloji böhran dayandırılsın. Cismən ayrı olsaq da bizi heç kim ayıra bilməz. Bilsinlər ki, burda onları qardaşları unutmayıb. İran səfirliyi qarşısında keçirdiyimiz aksiya ilə biz hər zaman güneyli qardaşlarımızla birlikdə olduğumuzu nümayiş etdiririk».

Gənclər aksiyada bəyanatlarını səsləndirdikdən sonra polis onlardan cəmi iki nəfərə bəyanatı İran səfirliyinə təqdim etmələrinə imkan verib. Səfirliyin qapısını açan olmadığından onlar bəyanatı səfirliyin poçt qutusuna atıblar.

Təxminən 10 dəqiqə dinc şəraitdə davam edən aksiyanın iştirakçılarını sonra polis ərazidən uzaqlaşdırıb.

Urmiya gölü
URMİYA GÖLÜ...

Urmiya gölü İranın Azərbaycan əyalətində yerləşir Yaxın Şərqin ən böyük gölüdür. Duzluluğuna görə, ikinci ən böyük göl hesab olunan Urmiya gölü qurumaq təhlükəsi ilə üzləşib. Artıq gölün 60 faizinin quruduğu bildirilir. Ekspertlər xəbərdarlıq edir ki, ehtiyat tədbirləri görülməsə, göl tamamilə məhv olacaq. Onlar hesab edirlər ki, su mənbələrinin tükənməsi və qeyri effektiv su idarəçiliyi üzündən göl belə bir problemlə üzləşib.

İranda yaşayan azərbaycanlılar Urmiya gölünün qurudulmasına etiraz olaraq müntəzəm aksiyalar keçirirlər. 2011-ci il aprelin 2-də Təbriz və Urmiyada buna görə 90-dan çox adam həbs edilib. Onların bəziləri hələ də həbsdədirlər.

Təbriz və Urmiyada avqustun 27-də də keçirilən aksiyalar zamanı geniş həbslər aparılıb. Həbsdə olanların sayının yüzdən artıq olduğu haqqında məlumatlar var. Onların arasında qadınların da olduğu bildirilir.
XS
SM
MD
LG