«Ramazanı adi günlərdən fərqlənməyən bir gün kimi gördüm».
Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Bakı sakinləri Ramazana nə dərəcədə isinişə bilib?» mövzusunda açdığı müzakirəyə qatılan «Yom» Türk Dünyası dərgisinin Azərbaycan təmsilçisi Nizami Zöhrabi söylədi.
RAMAZAN COŞQUSUNU GÖRMƏDİM
Qonağımız Ramazan bayramının ölkədə sanki kampaniya xarakteri daşıdığını dedi:
«Ramazan coşqusunu, Ramazan sevincini ətrafımızda görə bilmədim. Bəlkə də hər kəs bu hissi öz içində yaşadı».
DAVAMLI PROQRAMLAR HAZIRLANMALIDIR
Nizami Zöhrabi bütün Ramazan boyu ölkə TV kanallarından və radiolarından davamlı proqramlar izləyə bilmədiyini söylədi:
«Ramazan insanın saflaşmasına, paklaşmasına xidmət edən bayramdırsa, bunu insanlara çatdırmaq üçün yollar aranmalıydı. Necə ki, bir şou proqramı çatdırmaqdan ötrü televiziyalar canfəşanlıq edirlər, dəridən-qabıqdan çıxırlar. Lazım oldu-olmadı hamını baxmağa çağırırlar. Odur ki, açıq deməliyəm ki, Ramazanı öz içimdə yaşadım və sadəcə ailəmlə və iş yoldaşlarımla paylaşdım».
SANKİ BİLƏRƏKDƏN ADAMLARI ÇAŞDIRDILAR
Nizami Zöhrabi bayramın hansı gün olacağının da müəyyənləşmədiyini qeyd etdi:
«Bir gün əvvəl TV ekranlarından bayram gecəsi olduğunu, sabah isə bayram olacağını, saat 10-da bayram namazı qılınacağını bildirdilər, Sonra bayramı ertələdilər. Qafqaz Müsəlmanları İdarəsi ali bir qurum kimi bu məsuliyyəti üzərinə götürməliydi. Sanki bilərəkdən adamları çaşdırırlar. Rəsədxana da ayın göründüyünü dedi, amma bu məsuliyyəti üstünə götürüb xalqa deyən bir kişi tapılmadı».
ZAMANLA DÜZƏLƏCƏK
«Savalan» qrupunun rəhbəri və ifaçısı Novruz Novruzlu Bakıda bayram əhval-ruhiyyəsinin hiss olunmadığıyla razılaşsa da, bəzi radiolarda hazırlanan proqramlara qatıldığını da etiraf etdi:
«Savalan» qrupu olaraq bir ay «Araz» radiosunda veriliş apardıq. Amma televiziyalarda bu, görünmədi. Yəqin zamanla o da düzələcək. Ramazan insanın özünə dönüşü, özünü dərkidir. Allahla insan arasında ən səmimi ibadətdir. Gələcəkdə bunun milli bayram kimi olmasını istərdim».
HƏR KƏS ÖZ GÜNAHININ DAŞIYICISIDIR
Proqrama qatılan Hacı Seyid Camal Əzimbəylinin fikrincə, islamın gətirdiyi prinsiplər və qaydalara görə, hər kəs öz günahının daşıyıcısıdır:
«Doğrusu, məni də bəzi kanallara Ramazanla bağlı söhbətlərə çağırdılar. Amma bütövlükdə islami, dini, milli heysiyyət daşıyıcısı olmayan adamlar dini bilgiləri xalqın mətbəxinə sırımağa çalışırlar. Bu da bizim milli-mənəvi irsimizin terrora məruz qalmasına, genefondun əzilməsinə və məhvinə səbəb olur. Bunun qarşısı alınmalıdır. Dövlət bu məsələnin üzərinə getməlidir. Qaldı Azərbaycan insanına, mən dəfələrlə demişəm ki, islami maarifləndirmənin və dini mühitdə gerçək islam adamlarının, milli məfkurə sahiblərinin, dini kəsimin hadisələrin fövqündə addımlaması lazımdır».
TOLERANTLIQDAN İSTİFADƏ EDƏNLƏR VAR
Hacı Seyid Camal bayramın vaxtının dəqiqləşdirilməsində Ruhanilər İdarəsini suçlamadı:
«Qazilər Şurası bu məsələ ilə bağlı qərar vermişdi. Mən həmişə ölkədə dini tolerantlığı alqışlamışam. Amma bəzən bu tolerantlıqdan sui-istifadə etməyə çalışırlar. Məncə, bu, Azərbaycan müsəlmanları içərisində məzhəblərarası münasibətlərdə bəzi tarazlıqların qeyri-leqal şəkildə inkişafının bir göstəricisidir. Düşünürəm ki, qarşıdakı illərdə bu da büsbütün aradan götürüləcək».
Elə isə «Can Bakı» qarşınızdadır.

--Sovet dönəminin ateist ruhunu gözə alsaq, insanlarımız nə dərəcədə alışıb dini bayramlara?
--Ədəbiyyatda, ümumən Azərbaycan mədəniyyətində Ramazan bayramının hansı izlərinə rast gəlmək olur?
-- Bayram deyərkən, istər-istəməz musiqi də ağla gəlir. Məhz Ramazana yaraşan hansı musiqidən, çalğı və oxumalardan danışa bilərik?
--İnsanların bayram hazırlığı barədə qonaqlarımız nə dedilər? Ramazanın öz mətbəxi, geyimi, əyləncəsi varmı?
--Xeyriyyəçiliyin yayılması, dərdi-sevinci paylaşma baxımından, cəmiyyətin ən müxtəlif kəsimləri arasında qarşılıqlı ünsiyyətin saxlanması baxımından Ramazan bayramından necə yararlanırıq?
-- «İftar süfrəsinin mesajları» kimi bir başlıq düşünsək, hansı mesajlardan söz açmaq olar?
--Azərbaycanda əhalinin müxtəlif kəsimlərinin bayram ünsiyyəti barədə nə söyləmək mümkündür: dindar və ya qeyri-dindar olmalarına baxmayaraq, necə davranaq ki, Ramazan hamının bayramına çevrilsin?
-- Sizcə, Azərbaycanın, o sıradan Bakının qeyri-müsəlman sakinləri Ramazanın can atdığı hədəfləri paylaşa bilirlərmi? Bu baxımdan hansı işlərə ehtiyac duyulur?
--Başqa dinlərdə Ramazan mesajlarına oxşar mesajlar varmı?
-- Nəsiminin məşhur «Qafil, oyan»ını Novruz Novruzlunun ifasında dinləmək istərdinizmi?