«PULUMU VERİN!»
Cəlilabadda Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi tikilib. Mərkəz açılacağı günü gözləyir. Onun divarına üzlük vuran 11 ustasa əl haqlarını alacaqları günü.
Baş usta Rafət Mirzəyev AzadlıqRadiosuna danışır ki, işlərini bir aydır başa çatdırıblar. Hətta bu mərkəzə görə, sifarişçi olan icra hakimiyyətinə endirim də ediblər. Adi halda bu işin kvadrat metrinə 10 manat aldıqları halda, Yaradıcılıq Mərkəzi üçün 8 manat istəyiblər. Üstəlik baş usta ona çatacaq pulun bir hissəsini hədiyyə edib:
«Dedilər ki, öz rayonumuzdur, ucuz işləyin. Mən də məcburiyyət qarşısında qaldım, rayonumuza görə. Hələ mən «podarka» da işləmişəm, 1500 manatlıq. Bununla belə pulumuzu kəsdilər... Fasad divarı üzləyirdik. Kvadrat metrin qiymətini onlara sərf edən qiymətə danışmışıq, 8 manata razılaşmışıq. 2835 kvadratmetrlik iş görmüşük, yəni 23500 manat almalıydıq. Onun 16500 manatını verib, 7 min manatını saxlayıblar. Pulumuzu da istədik, dedilər ki, sizi tutdurarıq, bu işdən əl çəkin».
«BİR DƏ BİZDƏN PUL İSTƏSƏN MAŞININA NARKOTİK ATDIRACAM»
Rafət Mirzəyev deyir ki, pulunu rayon icra başçısı Əziz Əzizovdan istəyib. İcra başçısı da ona hədə-qorxu gəlib:
«İcra hakimiyyətinin başçısı Əziz Əzizov çağırdı ki, başqa iş var. Dedim ki, borcumuzu verin sonra. Qayıtdı ki, o pul verilməyəcək. Bir də bizdən pul istəsən, maşınına narkotik atdıracam, tutduracam...»
Masallının Sığıncaq kəndindən olan Nəbi Əliyev də mərkəzə üzlük vuranlardandır. Deyir ki, dörd həmkəndlisi ilə hər gün maşın tutub Cəlilabada gəlirmiş. Amma:
«Haqqımızı vermirlər. Biz baş ustadan- Rafətdən yapışmışıq. O da həlak olub, bezib. Biz də ona zəng eləməkdən bezmişik. Qabaqdan da məktəb gəlir. Vallah oturmuşam evdə, başqa işim yoxdur».
«ONLAR İŞİN PULUNU ALIBLAR»
Cəlilabad icra hakimiyyətinin başçısı Əziz Əzizovla danışa bilmədik. Amma onun köməkçisi Malik Şərbətov bildirdi ki, işçilərin pulu verilib.
- Onlar işin pulunu alıblar.
- Amma onlar deyirlər ki, icra hakimiyyəti bizə 7 min manat borcludur.
- Onların deməyilə deyil. Hər şey ölçü-biçiylədir. Yəni görülən işin müqabilində pullarını alıblar. Bunlar düzgün hesablama aparmayıblar.
- Siz onlara işi neçə manatdan gördürmüsüz, kvadratı neçə manatdan?
- Onu aidiyyatı orqanlar gördürüblər. Məlumatlıyıq. Görülən işin tam dəyərini alıblar.
«VERGİDƏN YAYINIBLAR, «ÇASTNI» USTALARDIR»
- Bu iş hansısa sənədlə rəsmiləşdirilib?
- Yox, onlardan soruşun. Görün neçə gün işləməlidirlər, nə almalıdırlar, elə şərtləri var ya yox... Onlar fikirləşirlər ki, Heydər Əliyev adına mərkəzdirsə, şər danışıb, şantaj yolu ilə pul qoparmaq istəyirlər. Bu da mümkün deyil. Pul ödənilib. Yəni onların əlində rəsmi sənəd yoxdur ki, desinlər bu qiymətə danışılıb. Onlar da vergidən yayınıblar. «Çastnı» ustalardır. İşləyiblər, işlədiklərinin pulunu da alıblar.
- Əgər bu dövlət qurumuydusa, əmək müqaviləsi bağlanmalıydı.
- Bəs niyə müqavilə bağlamayıblar?
- Onlar deyirlər ki, siz imtina etmisiz.
- Düzgün olmayan məlumatlardır....
«BİZ DƏ MÜQAVİLƏ TƏLƏB EDİRİK, AMMA İŞƏ DÜZƏLƏNDƏ DEYİRLƏR Kİ, BOŞ ŞEYDİR»
Baş usta Rafət Əliyev də əmək müqaviləsi bağlamadıqlarını etiraf edir. Ancaq onu da deyir ki, «rayon icra hakimiyyətindən nəsə tələb edə bilməzdik».
Usta Nəbi Əliyev deyir:
«Biz də baxırıq televizora. Biz də müqavilə tələb edirik. Amma işə düzələndə deyirlər ki, boş şeydir. Ona görə də belə vəziyyət yaranır».
Nəbi Əliyev deyir ki, pulları ödənməsə məhkəməyə müraciət edəcəklər.
«İŞƏGÖTÜRƏN MƏSULİYYƏT DAŞIYIR»
«Əmək müqaviləsi yoxdursa, işçi yox, işəgötürən məsuliyyət daşıyır». Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov belə deyir. Ona görə də hesab edir ki, işçilər məhkəməyə müraciət etməlidirlər:
«Hökumətin orqanı işçilərin hüquqlarını pozursa, başqalarından necə hüquq tələb edə bilər? Verə bilərlər məhkəməyə. Onlara maaş verilibsə, hamısı rəsmi olmalıdır. İcra hakimiyyəti sübut etməlidir ki, əmək haqqı verib. İcra hakimiyyəti əmək haqqını ödədiyini necə sübut edəcək? Əmək haqqı ödəsəydi, Sosial Sığorta Fonduna ödəmə olmalıydı, gəlir vergisi verilməliydi...»
Sahib Məmmədovun dediyinə görə, Cəlilabad icra hakimiyyəti qeyri-qanuni addım atıb. İndi də məsuliyyətdən yaxa qurtarmağa çalışır.