Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:50

QİSMƏT. Məsumiyyət Muzeyi – “Eylüldə gələrsiniz”


QİSMƏT
QİSMƏT
QİSMƏT

"İstanbul yazıları" silsiləsindən


MƏSUMİYYƏT MUZEYİ – “EYLÜLDƏ GƏLƏRSİNİZ”

Yarım saat keçməmiş Rafiq gəldi. Arıq, sısqa, gözləri qaynayan, əllərini qoymağa yer tapmayan, həmişə hərəkətdə olan biri. Cəlilabaddandır.

Deyir, yeddi ildir İstanbulda yaşayıram, evliyəm. Bura yaşamalı şəhərdi, amma kaş evlənməzdim.

Təzə tanış olmuşam deyə, “niyə” sualını vermirəm. Hiss edirəm ki, ailəsində problem var.

Onun yerinə axtardığım ünvanı soruşuram. Oturduğumuz yerdən əlini irəli uzadır ki, bax de oradı. Sən demə, düz yanında oturduğumuz Firuzağa məscidi olan

Rafiq mənə Pamuk Apartmanını göstərir və deyir ki, üzbəüz binada mənim müdirim yaşayır, buralarda çox oluram, ona görə tez-tez Pamuku görürəm.

Soruşur məndən: “O, yazıçıdı da hə?“ Təsdiqləyirəm. Soruşur: “Deyəsən, bir-iki əvvəl Oskar da alıb... “ “Yox, Nobel. 2006-cı ildə”.
küçənin yuxarı başıdı.

Rafiq deyir, gedək göstərim, məmnuniyyətlə razılaşıram. Yolüstü mənə adını eşitdiyim, amma burda yerləşdiyindən xəbərsiz olduğum bir muzeyi də göstərir: Orxan Kamal muzeyi.

Tərslikdən muzey bağlı olduğu üçün oranı gəzə bilmirəm. Əslində bu bizim alışdığımız muzey konstruksiyasından tamam fərqlənir.

Yaşayış binasının altında, yarımzirzəmi bir yerdi. Bizdə bu tipli yerdə tezcənə ya balaca bir dükan açardılar, ya da göyərti, meyvə-tərəvəz düzüb alver edərdilər. Amma burda çox səliqəli şəkildə mini-muzey yaradılıb.

Küçəni qalxırıq. Get-gedə uzaqdan boğazın möhtəşəm mənzərəsi görünür və düşünürəm ki, bu artıq doğru yoldu.

Rafiq mənə Pamuk Apartmanını göstərir və deyir ki, üzbəüz binada mənim müdirim yaşayır, buralarda çox oluram, ona görə tez-tez Pamuku görürəm.

Soruşur məndən: “O, yazıçıdı da hə?“ Təsdiqləyirəm. Soruşur: “Deyəsən, bir-iki əvvəl Oskar da alıb... “ “Yox, Nobel. 2006-cı ildə”.

Soruşuram ki, Rafiq, indi Pamukla görüşə bilərikmi görən?... Deyir ki, yox, indi İtaliyadadı, yayda burda çox olmurlar, eylüldə gəlsən, daha yaxşı olar.
Təəssüfümü Rafiqdən gizlətmirəm. Bir siqaret yandırıram.

Rafiq üzbəüz binanı göstərib deyir ki, burda iki məşhur filmci yaşayır, müdirimlə qonşudular. Tez-tez “müdirim” deməsindən hiss edirəm ki, patron elə-belə adam deyil. “Hansı filmcilərdi?” – soruşuram.

– Biri saqqallıdı, uzun saçları var, arxaya daranan.

– Sinan Çətin?

– Ay sağ ol, hə, o! O biri də məşhurdu e, bu yaxınlarda Nobel də aldı...

– Nuri Bilgə Ceylan?

– Hə, hə, bax o!

Bu dəfə demirəm ki, Rafiq, o, Nobel almayıb, 2008-də Kann film festivalında “Üç Meymun” filminə görə “Ən yaxşı rejissor ödülünü”, bu il isə “Bir zamanlar Anadoluda” filminə görə “Jüri böyük ödülü”nü qazanıb... Rafiq üçün elə də fərqi yoxdu bunların.

Pamukla görüş bilməməyin təəssüfü içində qayıdırıq Firuzağa məscidinin yanına, dostların söhbətinə.

Çaydan, xoş-beşdən sonra gözüm bir yol işarəsinə sataşır: Çukurcuma. O saat
Məsumiyyət Muzeyinin binası, 2010

beynimin qaranlıq bir küncünə işıq düşür. Məsumiyyət muzeyi Nişantaşında, Çukurcumada olmalıdır.

Dostum Şaiqə deyirəm, fotoaparatını götür getdik. Növbəti çətin bir yoxuşu enib, Çukurcumaya çıxırıq. Dar sokaklarla sağa-sola göz gəzdirə-gəzdirə, caddənin sonuna gəlirik.

Heç nə tapa bilmirik. Şaiq deyir ki, yəqin burda yox, ayrı küçədədi. Amma mən əminəm ki, muzey hardasa buralarda olmalıdır. Caddənin ayağında bir dükandan ünvanı soruşuruq. Satıcı, Pamukun adını eşidib eyni etinasızlıqla, soyuq tərzdə dillənir: “Əlli metr geri dönün, sağda”.

Kişinin səsindən hiss edirəm ki, ürəyində Pamuku da, bizi də bütün üç hərfli söyüşlərə qonaq edir.

Əlli metr geridə, sağdakı, bayaqdan yanından 2-3 dəfə keçdiyimiz, üçmərtəbəli qırmızı bina, sən demə, Məsumiyyət muzeyi imiş. Sevinirəm. Hə, bu başqa məsələ. Amma... ovqatımı korlayan növbəti hal!

Qapıda türkcə və ingiliscə bir yazı: “Değerli Ziyaretçi: Masumiyet müzesi henüz kurulum aşamasındadır. İlginiz için teşekkür ederiz“.

Bu yazı məni diksindirdi. Elə bil məxsusi mənim üçün yazılmışdı.

Çünki ziyarətçilər yox, ziyərətçi yazılmışdı. İçimdəki qəribə duyğunun təsiri altında (bəlkə də saçma-sapan bir duyğu-düşüncədi) ordan uzaqlaşmağa hazırlaşırdıq ki, hündürboy, saqqallı bir oğlan muzeyin qapısına yaxınlaşıb açmağa başladı.

Tez yaxınlaşıb soruşdum: “Abi, müzeyə bakabilirmiyiz?” “Maalesef” – dedi, – eylülde açılır, o zaman gelirsiniz”.

Kor-peşman ordan uzaqlaşmağa başladıq. Ürəyimdə deyinirdim: “Zalım uşağı, nə eylül-eylül tutmusuz, sentyabrda iş başlayır axı...”

Şaiq fikirli olduğumu görüb dilləndi: “Gedək Boğaza, balık-əkmək yeməyə. Turistlər İstanbulda ən çox Boğaza yığışırlar...”

8. Boğaz

80-lərin məşhur Yeşilçam filmlərinin əksəriyyətində, “fakir, ama qururlu” gənc aşiqlər, əvvəlcə Boğazda əl-ələ gəzişərkən şad-xürrəm görünür, sonra isə bu romantik cütlük adama bir simit yaxud balık-əkmək alıb, ya yaxınlıqdakı nurani kişinin (o kişinin çayçısına filmlərdə ən çox Kadir İnanır sevgilisiylə gedir) çayçısında çay içir, ya da zarafatcıl, bığlı bir qaradənizlinin dənizkənarı balaca kafesində, açıq havada hamsi, rakı, turşəng, limon və sairədən ibarət kasıbyana bir masada “mutlulukdan sarhoş” olurlar.

Özü də o filmlərdə nədənsə həmişə bu romantik yemək səhnəsi payız mövsümündə olur.

Yada salaq: Kamera uzaqdan gələn Kadir İnanırla Hülya Koçyiğiti çəkir və
Orxan Pamuk

onların əynindəki uzun plaş (oğlanda), palto (qızda ) boğazın mehində dalğalanır. Sonra onlar kameraya daha çox yaxınlaşırlar və dialoq:

– Seninle öyle mutluyum ki Orhan...

– Hep böyle olacak yavrum, mutlu yuvamızda beraber yaşlanacaaz...

Bu cür Boğaz mənzərəli filmlərin Cüneyt Arkın, Ediz Hun, Kartal Tibet, Tarık Akan, Banu Alkan, Türkan Şoray, Perihan Savaş, Gülşen Bubikoğlu və onlarla başqa Yeşilçam ulduzunun oynadığı variantını, yaddaşımın rəflərini ələk-vələk eləsəm, tapıb yaza bilərəm.

Aktyorlar, aktrisalar yenilənsə də, bu tipli filmlərdə ideya (kasıbın sonda qalib gəlməsi ) və Boğaz mənzərəsi heç vaxt dəyişmirdi.

Uşaqlıqdan bu filmlərə baxa-baxa mənim üçün hədsiz doğmalaşan Boğazı, düşündüyümdən fərqli olaraq dəbdəbəsiz, çirkli, amma canayaxın gördüm.

Bir-biriylə arasında bir nəfəslik də yer olmayan, yan-yana düzülmüş sahil boyu balıq restoranları, təknəsinə manqal qoyub balıq-əkməyi ordan satan və turistlərin daha çox diqqətini cəlb edən kreativ balıqçılar, nə boyda əzəmətli bir şəhərdə doğulduğunu, yaşadığını unutmuş, əlləri bir-birinin əlinə qaynaqlanmış, gözləri bir-birinin gözlərinin içində itmiş vapura minməyə hazırlaşan sevgililər məni elə atmosferə saldı ki, dərin bir nəfəs aldım.

Dostum elə bildi ki, ah çəkirəm. Dedim, yox, ah çəkmirəm, ciyərlərimə bu gözəl havanı Ramazan hədiyyəsi kimi ötürürəm. Həm də nə demiş Orhan Vəli: “Bedava yaşıyoruz, bedava/ hava bedava, su bedava...“

Cavan uşaqlar sahildə çığırtqanlıq edirlər. Çığırtqanlıq bizdə carçı sözünə yaxındır. Hərəsi əlində bir buklet tutub və çığıra-çığıra vapurlara müştəri yığmağa çalışır: “Boğaz turu 10 lira, abicim, en iyisi bizde...”

Səyyar satıcılar İstanbulun bütün yerlərində olduğu kimi burda da çoxdur. Tasını midyeylə doldurub satan kim, süddə qaynadılmış qarğıdalı təklif edən kim...

Maraş dondurması, portağal suyu, noxudlu plov, şabalıd qovurması, kokoreç və sairə min cür təam təklif edənlər o qədər çoxdur ki, bunlardan hansını istədiyini aydınlaşdıranacan, baxıb görürsən ki, artıq kiminsə şirin dilinə aldanmısan.
Axşam düşdümü, yavaş-yavaş gün əyilməyə başladımı, Boğazda çox gözəl mənzərə olur.

Sahilboyu kafelərdən birində oturub, sakitcə siqaret tüstülədə-tüstülədə, bira içə-içə bu mənzərəyə tamaşa etməyin qiyməti, yəqin ki, duranda ödəyəcəyin məbləğdən qat-qat yüksəkdir.

Vapurları nənni kimi yelləyən Boğazın sularında sevimli qağayılar uçuşur.

Günəş yorğun fəhlə kimi yavaş-yavaş gözdən itərkən, əzəldən İstanbullu olan qağayıların qəribə səsinə vapurların fit səsi qarışır və İstanbulda bir günün də artıq bitməkdə olduğu ilə barışan səyyar satıcılar, su satan uşaqlar asta-asta yır-yığış edib gecəqondularına, bir günə daha çox şeyi sığışdırmaq istəyən turistlər isə otellərinə dönürlər.

9. İstiklal


Biz də dostumla balıq qoxulu, qağayı səsli, vapur nəfəsli Boğaza bugünlük “sağ ol” –deyib, Cihangirə, daha dəqiqi, İstiklalda gəzişməyə üz tutduq.

Metroda Boğaz mənzərəsiylə bağlı çox düşündüm və ağlıma Ahmet Rasimin misrası gəldi: “Manzaranın güzelliği hüznünde yatar”. Sonradan xatırladım ki, bu misranı Orxan Pamuk hansısa kitabına epiqraf etmişdi və görünür,ordan ağlımda ilişib qalıb. Dəqiqləşdirdim.

Düz xatırlamışam. “İstanbul” kitabının epiqraflarından biridi bu misra.

İstiklal caddəsində həyat bir an da dayanmır. Caddənin geniş, mərkəzi yolu bir yana, sağa-sola burulan köstəbək yuvası kimi yoxuşlarında, ara küçələrində səsli-küylü diskotekalar, türkü barlar, pablar, 7 gün 24 saat işləyən lokantalar buranı rəngləri solmayan, səsi batmayan, enerjisi tükənməyən bir yerə çevirib.

Burda, demək olar ki, hündür bina yoxdu. Bütün binalar 4-5 mərtəbədir. Bəzi binaların sonuncu mərtəbəsində diskotekalar var.

Eyvanda, terasda əlində içki, damağında siqaret əylənən adamların çılğın sədaları və içəridən gələn qulaqbatırıcı musiqi İstiklalda ilk dəfə gəzən mənim kimilərin başının tez yuxarı çevrilməsinə səbəb olur.

Yuxarıdakılar isə içkinin təsirindən, gah siyasətçilərin balkon konuşmalarını təqlid edib caddədə gəzənlərə əl edir, gah da onları yuxarıdakı əyləncəyə dəvət edirlər.

İstiklal, görkəmcə bir az bizim “Torqovı”ya bənzəyir, amma bizim bu məşhur Nizami küçəmiz daha çox birxətlidir.

Caddə isə tükənməzliyi, böyüklüyü və xəstə bir vücud kimi günbəgün, saatbasaat çöküb getmiş əzəmətli bir imperiyanın gücünü adama hiss etdirir.

Düşünürsən ki, bu qədər qaynarlıq, səs-küy, rəng təkcə bir caddədə bu qədərdirsə, onda gör İstanbul deyilən divin hələ görmədiyimiz nə qədər başı var.

İstanbulun əksər yerlərinə xas olan sıxlıq İstiklalda kulminasiyaya çatır.

Burda məscid, kilsə, şərab və kitab evləri, diskoteka, dönərxana, alış-veriş mərkəzi, sənət vəqfləri, kinoteatrlar hamısı yan-yana, iç-içədir.

Aralarındakı məsafə santimlə ölçüləcək, amma bir-birinə dünyalarca zidd bu qədər yerin və adamın bir-biriylə bunca iç-içə, yana-yana yaşaya bildiyi ikinci bir şəhər təsəvvür etmək mümkün deyil.

Həmin gün Boğaza əlvida deyib, İstiklalı başdan-başa, diqqətlə incələyə-incələyə gəzməyə başladıq.

Şaiqlə mən burda ilk dəfə olduğumuzdan, artıq 6 aydır İstanbulda yaşayan dostum Ruhlanın bələdçiliyi yerinə düşdü.

Caddəni böyük, köklü-köməcli bir ağac kimi təsəvvür edin. Bu böyük ağacın sağa-sola burulan, əyilən, sonsuz sayda özü qədər rəngli, səsli-küylü qol-budağı var.

Mərkəzi hissəni gəzdikdən sonra söhbətləşə-söhbətləşə ara küçələri, arka sokakları gəzməyə başladıq. Bu sokakları gəzəndə qənaətim möhkəmləndi ki, İstanbulun əsas özəlliyi ən müxtəlif rənglərin, səslərin, kültürlərin bir arada rahat yaşamasıdır. Ara küçələrdə bir-birinə Siam əkizləri kimi bitişik gecə klublarından gələn anlaşılmaz, uğultulu musiqi səsi, türkü barlardan eşidilən, hamılıqla oxunan mahnılara qarışır.

Qulaqbatırıcı səs-küydən aralanmaq üçün növbəti küçəyə dönürük və bu dəmdə dostum deyir: “Bu küçədə bizim transvestit dediklərimiz yaşayırlar. Türkiyədə onlara travesti deyirlər...”

525-ci qəzet

Həmçinin oxu
Orhan Pamuk üçün Istanbulda tikilən muzey də mübahisə doğurdu
Orxan Pamuk dövlətin yardımından imtina etdi
XS
SM
MD
LG