Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:42

Hacıqabul gölü niyə quruyur?


Hacıqabul gölü niyə quruyur?
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00
Direct-ə keçid

Göl quruyur

Bir vaxtlar istirahət ərazisi və yay düşərgəsi kimi ad çıxaran Hacıqabul gölündən indi gələn üfunət qoxusu bir neçə metrlikdən baş çatladır. Sovetlər dönəmində bu gölün sahilində balıqçılıq təsərrüfatı, avarçəkmə bazası olub. O, Azərbaycanın ən böyük gölü sayılır. Gölün kənarında yaşayanlar deyirlər ki, zəngin flora və faunası olan bu göl son zamanlar baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüb.

«BƏLKƏ BURA XƏSTƏLİK MƏNBƏYİDİR»

«Biz bura 1993-cü ildə gəlmişik. Gələndə burada nadir quşlar, inanın ki, göldə hər cür heyvanlar var idi. Xüsusilə yay aylarında gölə çoxlu adamlar istirahətə gəlirdilər. Amma son zamanlar baxımsızlıqdan bu vəziyyətə düşən göldən təkcə insanlar qaçmır, hətta buradakı heyvanlar da yoxa çıxıb. Külək vuranda, göldən gələn üfunət iyi bütün ətrafı bürüyür. Yayda isə ağcaqanad və digər gəmiricilər.

HACIQABUL GÖLÜ HAQDA...

Hacıqabul gölü Xəzər dənizinin çəkilməsi nəticəsində yaranıb. Gölün sahəsi 8.4 kvadrat kilometr, suyu durğundur və qışda donmur. Dərinliyi 5 metrdir. Hacıqabul gölü köçəri quşların miqrasiyası üçün, bataqlıqda yaşayan su quşları, o cümlədən nəsli kəsilməkdə olan quş növlərinin yuva qurmaları üçün əlverişli şəraitə malikdir. Suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün yaxşı yem bazası yaranmasını təmin edir. Hacıqabul gölü Azərbaycanın potensial ramsar (beynəlxalq əhəmiyyətli su-bataqlıq) sahələrinə aid edilir.

Amma heç bir nəfər gəlib baxmır, heç bir həkim göndərmirlər ki, bəlkə bura xəstəlik mənbəyidir».

«ŞEH İNSANI VALEH EDİRDİ...»

Bunu gölün yaxınlığında yerləşən balıqçılıq təsərrüfatının binasında məskunlaşan məcbur köçkünlərdən biri deyir.

Söhbətləşdiyim insanlar gölün əvvəlki və indiki vəziyyətini müqayisə edirlər:

- «Siftə gələndə çox yaxşı idi. Yaşıllıq, göldən gələn təmiz hava, şeh insanı valeh edirdi. Amma indi vəziyyət dəhşətdir».

- «Səhər pəncərələri açmaq olmur. İydən, qoxudan evimizdə otura bilmirik. Müxtəlif xəstəlik yayıcı həşəratlar isə ətrafı bürüyüb».

Əlibəy Zeynalov
YAY DÜŞƏRGƏSİNİN DAİMİ SAKİNLƏRİ...

Bir vaxtlar məktəblilər üçün yay düşərgələri təşkil olunan bu gölün yaxınlığında yaşayan uşaqlar isə deyirlər ki, ordan gələn iy və müxtəlif heyvanlar üzündən ərazidən uzaq gəzirlər:

«Gölün yaxınlığına getmirik, qorxuruq oralardan».

HACIQABUL GÖLÜNƏ KANALİZASİYA VƏ MƏDƏN SULARI AXIDILIR...

«Aran» İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əlibəy Zeynalov deyir ki, göldə yaranmış vəziyyətlə bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, həmin ərazidə turizm imkanlarının araşdırılması və bu sahəyə investisiya qoyulması ilə bağlı təkliflər hazırlanaraq hökumətə göndərilib. Əlibəy Zeynalov bu müraciətlərinin heç bir nəticə vermədiyini deyir:

«Göl baxımsızlıqdan, Kürlə qidalanmasının qarşısı kəsildiyindən, mədən və kanalizasiya suları bura axıdıldığından ekoloji fəlakət zonasına çevrilib. Bunun da nəticəsində canlı aləm tamamilə məhv olub. Yayda isə Hacıqabul və Şirvan şəhərlərini göldən gələn üfunət iyi bürüyür. Ekologiya Nazirliyinə bizim təşkilat tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq, heç bir tədbir görülmür».

Əlibəy Zeynalov gölün «İpək yolu»nun üzərində yerləşməsini əsas gətirərək ora diqqət ayrılmasını zəruri sayır.

Şirvan və Hacıqabul rayon ərazisində yerləşən bu göllə bağlı hər iki şəhərin icra hakimiyyətindən isə bildirildi ki,
Ərəstun Həsənov
onlar buna görə məsuliyyət daşımırlar.

HAZIRDA GÖL QURUYUR...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Ərəstun Həsənov deyir ki, gölə məişət tullantıları, kanalizasiya suları axıdıldığından bu cür problem yaranıb. Ərəstun Həsənovun deməsinə görə, tullantılar Hacıqabul gölünün Kür çayı ilə qidalanması üçün çəkilmiş kanalın gözünü tutub:

«VAXTİLƏ HACIQABUL GÖLÜNDƏN TONLARLA BALIQ TUTULUB»

«Vaxtilə Hacıqabul gölündən tonlarla balıq tutulub, orada 54-ə yaxın bataqlıq quşları növləri olub. Hansı ki, bu quşlardan beşinin adı «Qırmızı kitab»a düşüb. Hacıqabul gölü 60-cı illərə qədər Kür çayı ilə qidalanırdı. Sonralar Mingəçevir Su Anbarının yaradılması, Kür çayında səviyyənin tənzimlənməsi Hacıqabul gölünün qurumasına gətirib çıxarırdı. Göl qurumasın deyə, Kür çayından ora 6 kilometrlik şor Kür kanalı çəkilmişdir və gölün qidalanmasını təmin etmişdir. Lakin sonralar bu kanal müəyyən məişət tullantıları ilə tutulmuşdur və qidalanması dayanmışdır. Hazırda göldə quruma gedir. Bu kanal bərpa olunarsa, Hacıqabul gölünü əvvəlki vəziyyətinə qaytarmaq da olar. Canlı flora və faunanın da bərpası mümkündür».

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ:

Gəncə hərbi hospitalının işçiləri yeni yerlərindən nədən narazıdırlar?
XS
SM
MD
LG