Ümumdünya İqtisadi Forumu növbəti – 2011-2012-ci illər üzrə Qlobal rəqabətə davamlılıqla bağlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci yerdədir, başqa sözlə ötən ilki göstəricisindən iki pillə irəliləyib.
Hesabatda Azərbaycan iqtisadiyyatı inkişafın birinci dərəcəsindən ikinci dərəcəsinə keçən ölkələr qrupuna aid edilib.
ƏSAS PROBLEM KORRUPSİYADIR
Dünya İqtisadi Forumunun qənaətincə, Azərbaycanda biznesin qarşısında duran əsas problem korrupsiyadır. Qurumun keçirdiyi sorğuda iştirak edən iş adamlarının 19,6 faizi biznesə ən böyük maneənin korrupsiya olduğunu deyib. Biznesə mane olan digər 15 faktor sırasında maliyyənin əlçatımlılığı, vergi qanunvericiliyi, infrastrukturun pis inkişafı, vergi dərəcələri, ixtisaslı işçi qüvvəsinin olmaması, dövlət bürokratiyası, inflyasiya, qeyri-sabit siyasət, qənaətbəxş olmayan səhiyyə və s. yer tutur.
ƏN PİS VƏZİYYƏT SƏHİYYƏ VƏ İBTİDAİ TƏHSİLLƏ BAĞLIDIR
Hesabatda Azərbaycan yalnız əmək bazarının effektivliyinə və makroiqtisadi stabilliyə görə ön sıralardadır, müvafiq olaraq 14-cü və 16-cı yerdədir. Ən pis vəziyyət isə səhiyyə və ibtidai təhsillə bağlıdır, bu göstərici üzrə Azərbaycan 105-cidir.
142 ölkənin yer aldığı qlobal rəqabətə davamlılıq siyahısına İsveçrə başçılıq edir. İlk beşlikdə Sinqapur, İsveç, Finlandiya və Birləşmiş Ştatların adları sadalanır. Qonşu ölkələrə gəlincə, Türkiyə 59-cu, Rusiya 66-cı, Gürcüstan 88-ci və Ermənistan 92-ci yerdədir. Hesabatda Gürcüstan və Ermənistan da iqtisadiyyatı inkişafın birinci dərəcəsindən ikinci dərəcəsinə keçən ölkələr qrupuna aid edilib. Qlobal reytinq cədvəlində Azərbaycan həm də Latviya, Slovakiya, Qazaxıstan və bir sıra digər ölkələri də geridə qoyub.
ƏN ÇOX RƏQABƏTƏ DAVAMLI OLMAYAN ÖLKƏ ÇADDIR
Dünyanın iri iqtisadiyyatı olan Çin 26-cı yerdədir. İl ərzində Çin reytinqdə bir pillə yüksəlib. Dünyanın ən çox rəqabətə davamlı olmayan ölkəsi isə Çaddır.
Dünya İqtisadi Forumunun Qlobal rəqabətlilik indeksi müxtəlif ölkələrin iqtisadi rəqabət qabiliyyətini müəyyən edir. Bura 110 meyar, o cümlədən ölkələrin makroiqtisadi göstəriciləri, infrastruktur, səhiyyə və ibtidai təhsil, rabitə, əmlak bazarının effektivliyi, maliyyə bazarının inkişafı və digər sahələrin inkişaf səviyyəsi aiddir.
14 MİN İŞ ADAMININ RƏYİ
Hesabatın hazırlanması üçün Dünya İqtisadi Forumu müxtəlif ölkələrdən olan sahibkarlar arasında sorğu keçirir. Son hesabatla bağlı 142 ölkədən olan 14 min iş adamı qurumun suallarına cavab verib.
Dünya İqtisadi Forumu müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1971-ci ildə yaradılıb, mərkəzi ofisi Cenevrədədir. Təşkilat əsasən iqtisadi sahədə araşdırmalarla məşğuldur.