Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:35

2 aprel aksiyaçılarının məhkəməsi: Rüfət Hacıbəyli vəkilinin qaytarılmasını istəyir


2 aprelçilərin məhkəməsi
2 aprelçilərin məhkəməsi
Sentyabrın 13-də Nəsimi rayon Məhkəməsində 2 aprel məhbuslarından – Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət HacıbəyliÜlvi Quliyevin işi üzrə prosesi davam etdi.

Təqsirləndirilən Rüfət Hacıbəyli buna qədər onu müdafiə etmiş vəkil Elçin Namazovun yenidən prosesə qaytarılması üçün məhkəməyə vəsatət təqdim etdi.

Hakim Şahin Abdullayev bildirdi ki, qərarını ləğv etmək fikrində deyil. O, sadəcə Vəkillər Kollegiyasının rəyini öyrənmək istəyir. Hakim dedi ki, kollegiyanın Elçin Namazovun vəkillik fəaliyyətinə xitam verib-verməməsi bu iş üçün əhəmiyyətlidir. Ona görə də məhkəmə prosesi sentyabrın 19-a qədər təxirə salındı.

Avqustun 27-də Elçin Namazov hakim Şahin Abdullayevlə bir neçə dəfə mübahisə edəndən sonra hakim ona xəbərdarlıq etmişdi. Daha sonra hakim Elçin Namazovu işdən kənarlaşdıraraq onun Vəkillər Kollegiyasından uzaqlaşdırılması üçün kollegiyaya müraciət etmişdi.

Təqsirləndirilən Ülvi Quliyev isə məhkəmədə bildirdi ki, ona qarşı olan təzyiqlərə, haqsızlıqlara görə Yeni Azərbaycan Partiyasının sıralarından istefa verir və Müsavat Partiyasına üzv olmaq üçün müraciət edir.

Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət HacıbəyliÜlvi Quliyev İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiyasında saxlanıb. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimətdə ittiham olunurlar. Təqsirləndirilənlər ittihamları qəbul etmir. Siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.
XS
SM
MD
LG