Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:57

Rusiyada təyyarəsi qəzaya düşən şirkət bağlandı


Rosaviasiya sentyabrın 7-də təyyarəsi qəzaya uğramış “Yak-Servis” hava şirkətinin lisenziyasını ləğv edib.

İdarədən verilən məlumata görə qərar təşkilatda aparılmış yoxlamadan sonra qəbul edilib.

Sentyabrın 7-də Yak-42 təyyarəsinin Yaroslavl ətrafında qəzaya düşməsi nəticəsində yerli Lokomotiv xokkey klubunun əsas heyəti də daxil olmaqla 44 adam öldü.

Qəzadan təkcə bir nəfər-bord bələdçisi Aleksandr Sizov sağ çıxıb.

Onun vəziyyəti orta ağırdır, həyatı təhlükədə deyil.
XS
SM
MD
LG