Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:37

Azərbaycan-Rusiya sərhədində 100-dən çox şəxs tutulub


Foto: Arxiv
Foto: Arxiv
Daxili İşlər Nazirliyi «Sərhəd» şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış tədbirlərinin nəticələri barədə rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, 2011-ci il sentyabrın 19-dan 25-dək Rusiya və Azərbaycanın sərhədyanı rayonlarında «Sərhəd» şərti adı altında kompleks əməliyyat-axtarış tədbirləri keçirilib.

Tədbirlər nəticəsində Azərbaycanda axtarışda olan 50 nəfər tutulub. Həmçinin, Rusiya Federasiyasında axtarışda olan 30, şübhəli qismində isə 22 nəfər saxlanılıb.

Qanunsuz saxlanan 7 avtomat silah, 5 tapança, 34 ədəd yivli və ov tüfəngi, 34 qumbara, 65 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb.

Bundan başqa, əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 3 kiloqram 500 qrama yaxın müxtəlif növ narkotik vasitə çıxarılıb.
XS
SM
MD
LG