Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:26

Salman Rüşdi saxta Salman Rüşdi ilə qarşılaşdı


Feyziyyə Hacıyeva


Qalmaqallı Britaniya yazıçısı, vaxtilə "Şeytan ayələri" kitabına görə İranın ali dini lideri tərəfindən ölümə "məhkum edilmiş" Salman Rüşdi axır ki sosial şəbəkəyə gəldi.

"Oxu zalı" Britaniyanın "Guardian" qəzetinə istinadla xəbər verir ki, Twitter-də hesab açan yazıçı burada saxta Salman Rüşdi - "SalmanRushdie" adıyla yazan istifadəçi ilə qarşılaşıb.

Bu səbəbdən yazıçı @SalmanRushdie1 username-indən istifadə etməyə məcbur olub.

Salman Rüşdi Twitter-də saxta Salman Rüşdiyə yazır: "Sən kimsən? Niyə yalandan mən olduğunu yazırsan? Bu username-dən imtina et. Sən saxtasan. Qoy bunu hamı bilsin".

Yazıçı Twitter-ə gələn kimi 16 min fanat qazanıb. Amma ilk saatlarda bir çoxları əsl Salman Rüşdinin də saxta olmasından şübhələniblər.

Bəziləri, o cümlədən jurnalistlər hətta sınamaq üçün ona suallar da veriblər. Məsələn, soruşublar ki, uşaqlar üçün yazdığı sonuncu "Luka and fire of life" kitabının Nyu-Yorkdakı təqdimat mərasimində mahnı oxumuş iki müğənninin adını çəkə bilərmi? Salman Rüşdi həm bu, həm də əsərlərindəki müxtəlif detallarla bağlı bir neçə sualı cavablandırandan sonra xahiş edib ki, suallar dayandırılsın, çünki "sual-cavab getdikcə darıxdırıcı olmağa başlayır".

Yazıçı Twitter-də həm tanınmış sənətçilər, həm də oxucuları ilə canlı ünsiyyətdə olur.
XS
SM
MD
LG