Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:57

Ermənistan Avropa Birliyinə tərəfdaş olacaqmı?


Ermənistanda nümayiş, 1 mart 2011
Ermənistanda nümayiş, 1 mart 2011
Avropa İttifaqının «Şərq tərəfdaşlığı» Proqramında iştirak edən ölkələrin vətəndaşları üçün Avropaya sadələşdirilmiş giriş imkanı verilir. Bu, Ermənistan vətəndaşlarını ən çox maraqlandıran məsələlərdəndir.

«Avropa Komissiyası əvvəlcə Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi məsələsini qaldırdı. Viza rejiminin aradan qaldırılması bir çox məqamlarda Ermənistanın hazırlığından asılıdır. Ermənistan bu məsələ ilə bağlı konkret addımlar atmalıdır. Yeni viza rejiminə keçid üçün pasportların keyfiyyətinin yüksəldilməsi və bəzi texniki məsələlərin qaydaya salınması lazımdır».

Bunu AzadlıqRadiosuna Avropa Birliyinin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Raul de Lyusenberqer (Raul de Luzenberger) deyib. Avropa Birliyinin əsas şərti budur ki, Ermənistan tərəfdən nə qədər çox islahatlar aparılarsa, bir o qədər də Avropa Birliyindən kömək alacaq, eləcə də viza məsələsində Ermənistanın xeyrinə qərar veriləcək:

«Viza verilməsində ödənişlərin azaldılması, bunun üçün lazımi sənədlərin sayının azaldılması, vətəndaşların müəyyən kateqoriyaları üçün uzun müddətə çoxgirişli vizaların verilməsi bura
Varşava sammiti - 30 sentyabr 2011
daxildir».

AVROPA QARABAĞ MÜNAQİŞƏSİNDƏ HEÇ NƏYİ DƏYİŞMƏDƏN DƏYİŞİKLİK İSTƏYİR

Avropa Birliyinin «Şərq tərəfdaşlığı» Proqramında Ermənistanla yanaşı, Azərbaycan, Gürcüstan, Belarus, Ukrayna və Moldova da iştirak edir. Avropa 6 post-kommunist ölkəsinə islahatlar müqabilində faydalar vəd edir.

Ermənistan Vətəndaş Cəmiyyəti Milli Platformasının koordinatoru Vaçe Kalaşyan bir məqama diqqət çəkir:

«Ölkələrin üzərinə qoyulan öhdəliklərdən biri – korrupsiya ilə mübarizəyə dair qanunda heç bir yenilik yoxdur. Bundan əlavə, yüksək səviyyəli hökumət rəsmilərinin iştirakı ilə yaradılmalı olan Etika Komissiyası dövlət qulluqçuları və siyasətçilərə eyni dərəcədə baxır, bu isə mümkün deyil. Bundan başqa, hələ çatışmayan və professionalıq baxımından yüksək olmayan bəzi məsələlər də var. Bu sualları qaldırmaq lazımdır».

Avropa Birliyinin Genişlənmə məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle (Štefan Füle) bəyan etdi ki, birlik Dağlıq Qarabağ, Dnestryanı kimi münaqişələrin həlli prosesində rolunu tədricən artırmaq
Avropa Komissiyasının baş qərargahı önündə bayraq və Ədalət abidəsi
niyyətindədir.

AzadlıqRadiosunun «Avropa Birliyinin rolunun artırılması hansı formada olacaq» sualına cavabında səfir Raul de Lyusenberqer dedi ki, Birlik konfliktlərə böyük diqqət ayırmaq niyyətindədir. Amma bu, o demək deyil ki, danışıqlar prosesində nələrsə, məsələn format dəyişilə bilər.

ÖLKƏLƏRİN HƏR BİRİNƏ XÜSUSİ YANAŞMA...

«Avropaya İnteqrasiya» İctimai Birliyinin rəhbəri Karen Bekaryan ilk növbədə fərqli yanaşma gözləyir. Onun fikrincə, ölkələrin atacaqları addımlardan asılı olaraq, hər birinə xüsusi yanaşma nümayiş etdirilməlidir:

«Gözləntim ondan ibarətdir ki, hər hansı ölkənin boykot və ya demarşı işbirliyinə mənfi təsir etməsin. Avropa Birliyi həmişə çalışıb ki, «yumşaq güc» formulu çərçivəsində məsələlərin həllini tapsın. Amma bu məsələ kompleks həll tələb edən bir problemdir».

Polşanın Ermənistandakı səfiri Zdislav Raçinski (Zdislav Racinski) Yerevandakı mətbuat konfransında bildirib ki, Varşava sammiti Avropa Birliyi ilə danışıqların inkişafında təməl daşı rolu oynayacaq.
XS
SM
MD
LG