Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:27

"Ştirlis"i çəkən əfsanəvi rejissor vəfat etdi


"Baharın on yeddi anı" kimi məşhur filmin rejissoru olmuş Tatyana Lioznova 88 yaşında vəfat edib.

"İnterfaks" xəbər verir ki, "SSRİ xalq artisti" və "Rusiya Federasiyasının xalq artisti" titulları olan rejissorun dəfnində onun vəsiyyətinə uyğun olaraq rəsmi şəxslər iştirak etməyib.

Lioznovanı son mənzilə 30-acan yaxın qohumu və dostu yola salıb.

Rəsmi şəxslərin, o cümlədən prezident Medvedevin göndərdiyi əklillər vida mərasiminin keçirildiyi Prezidentin İşlər İdarəsinin Klinik Xəstəxanasında tabutun yanına qoyulsa da, rəsmi nitqlər söylənməyib.

Rejissorun vəsiyyətinə görə, onun nəşi yandırılmalı və külü ölümündən doqquz gün keçəndən sonra Moskvanın Don qəbristanlığında basdırılmalıdır.

Lioznova həm də "Три тополя на Плющихе" və "Карнавал" filmlərinin rejissoru olub.

Feyziyyə
XS
SM
MD
LG