Gəncənin girişində yol kənarı boyunca ucaldılmış qırmızı kərpicli divarlar aqlay daşlarla üzlənir. Ərazidə qızğın iş gedir. Daş yonanın səsi, ətrafı təmizləyənlərin hay- küyü bir-birinə qarışıb. Toz-torpaq içində tikinti tullantılarını süpürən 30-a yaxın qadına yaxınlaşıram. Məlum olur ki, onlar Gəncədəki müxtəlif orta məktəblərdə çalışan xadimələrdir. Bəziləri işlərini itirməkdən qorxub mikrofona danışmırlar. Müsahibəyə razı olanlar isə adlarının çəkilməməsini and-amanla, dönə-dönə tapşırılar:
«Bu gün səhər bir dəfə gəlmişdik. İndi də ikinci dəfə gətirdilər. İcra başçısının əmridir. İmtina etmək olar?! Bütün yayı gətirib bizi işlədiblər. Nə gəlir ki, əlimizdən».
YENİ İCRA BAŞÇISI GƏLƏNDƏN...
«Hər məktəbdən gün ərzində 3-4 nəfər gəlməlidir. Məcburi deyirlər ki, gətməlisiniz. Günün altında, soyuqda saatlarla işləyirik. Bax, bu saat belimin ortasından su axır».
«Bu gun iki dəfə gətiriblər. Neçə kisə zibil yığmışam. 60 yaşındayam, imkansızlıqdan xadimə işləyirəm. İmtina edəndə də deyirlər «işdən çıx». Əvvəllər hərdən iməcliyə gedirdik. Bu yeni icra başçısı gələndən həftədə 2-3 dəfə bizə gətirib işlədirlər».
Xadimələr onlara gördükləri işin müqabilində nəinki əlavə əmək haqqı, heç bura gəlmək üçün yol xərci də verilmədiyini deyirlər. Onlar Gəncənin müxtəlif yerlərində işlədildiklərini əlavə edirlər.
«ŞİFERLƏRİ, DAŞ TULANTILARINI TƏMİZLƏYİRİK»
Gəncədə bu baxımdan xadimələrlə müqayisədə müəllimlərin vəziyyəti bir qədər yaxşıdır. Müəllimlər şənbə və bazar günləri, ya da dərsləri olmayan vaxt iməcliyə gətirildiklərini deyirlər:
«Ən çox yayda gətirirdilər. İndi əsasən kimin dərsi olmursa, onu aparırlar. Ən çox təsərrüfat müdiri, texniki işçilər gətirilir. Gedirik şiferləri yığırıq, daşların tullantılarını yığırıq, zibil maşınları da gəlib aparır».
«ABADLIQ İŞLƏRİNƏ BİZ DƏ KÖMƏK ETMƏLİYİK»
Gəncə Şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov deyir ki, şəhərdə gedən abadlıq və yenidənqurma işlərində hər bir vətəndaş fəal iştirak etməlidir:
«Tutaq ki, 5 saylı orta məktəbin qarşısında abadlıq işi gedir, işçilər öz məktəblərinin qarşısını təmizləyirlər. Ya da 12, 14 saylı məktəblərin çəpərləri sökülür, işçilər də abadlığa kömək edir. İndi mənim yaxamdan niyə yapışıbsınız? Şəhərdə abadlıq, yenidənqurma işləri gedir, şəhər gözəlləşir, biz də kömək edir. Niyə də etməyək?!»
MƏCBURİ ƏMƏK
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov xatırladır ki, işçiləri məcburi əməyə cəlb edənlər cinayət törədirlər və bunun üçün inzibati məsuliyyət daşıyırlar:
«İnsanların öz əmək funksiyasına aid olmayan işlərə cəlb olunması, özü də heç bir ödəniş ediməməsi məcburi əməkdir. Bu, Azərbaycan qanunvericiliyinə ziddir. Məcburi əməyə cəlb edilməyə görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. Amma icra başçıları, yerli hakimiyyəti orqanları bu cür özbaşnalıq edirlərsə, hətta bir süpürgəçi də iş yerini itirmək qorxusu ilə haqqını tələb etmirsə, bu, birbaşa dövlətin problemidir».
Sahib Məmmədovun sözlərinə görə, son zamanlar Azərbaycanda məcburi əməyə cəlb edilmə halları artıb.
Naxçıvanda elm işçilərinin iməclik adı ilə məcburi əməyə cəlb edilməsi haqda AzadlıqRadiosu bir müddət əvvəl reportaj hazırlamışdı.