Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:33

Təbii bataqlıq məhsulları


Usta Rüfət Rzayev
Usta Rüfət Rzayev
«Buna lığ deyirik. Bunlar bataqlıqda, çöllükdə bitir. Biz də bunları yığıb həsir əşyaları toxuyuruq»...

Həsir zənbillər, şlyapalar, həsir yer örtükləri, çantalar, saxsı qablar üçün tutacaqlar... hamısı həsirdəndir. Usta Rüfət Rzayev deyir ki, necə deyərlər, təbii bataqlıq məhsullarıdır.

Astara rayonundan olan həsirçi Rüfət Rzayev bu sənəti 60 il əvvəl, təxminən 10 yaşında öyrənib. Deyir cənub zonası sənətkarlığına məxsus bu sənət əlindən çox tutub. Usta danışır ki, əvvəllər bu sənəti cənub rayonlarında öyrənən də, öyrədən də çox olub. İndi isə onun kimi həsirçilərin sayı çox deyil:

«Mən talış xalqının nümayəndəsiyəm. Bu sənət də əsasən talış xalqına məxsusdur. Atalarımız-babalarımız bu sənəti yaşadıb. Fikirləşirəm ki, gələcək nəsillərin xəbəri olsun deyə, biz də bu sənəti yaşatmalıyıq».

«LIĞ, PÜZƏ VARSA, TOXUMAQ OLAR»

Rüfət Rzayev toxuyacağı əşyaların materialını – «lığ» dediyi uzun yumşaq çubuqları bataqlıqlardan yığıb qurudur. Yer örtükləri – həsirləri toxuyanda isə «püzə» dediyi bataqlıq məhsulundan istifadə edir. İndinin özündə də Lənkəran, Astara, Masallı, Lerik rayonlarında bu örtüklərdən istifadə
Həsir yer örtükləri həm sadə, həm də naxışlı olur
Həsir yer örtükləri həm sadə, həm də naxışlı olur
​olunur:

​«Talış dilində buna «püzə» deyirik. Həsir üçündür. Bu materialın içində filtrasiya var. Bu filtr nəmişliyi buraxmır. Qədim zamanlarda bizim babalarımız yeri torpaq olan evlərinə bundan sərərdilər. Deyirdilər ki, bu həsirlər insanların uzun ömürlülüyünə də böyük təsir göstərir. Gördüyün bu həsir bu püzədən alınır. Həsirin ipləri lığdan olur. Lığdan ipləri düzlədib həsirə bağlayırlar».

Həsir yer örtükləri həm sadə, həm də naxışlı olur:

«Şona gülü var, əymə gülü var, ləmləki gülü var. İpləri bağlamaqla gülləri yaratmaq olur».

HƏSİRİN ƏSAS MÜŞTƏRİLƏRİ ƏCNƏBİLƏRDİR

Usta toxuduğu əşyaları yaşadığı zonada satsa da, ara-sıra Bakıya da gətirir. Satış sərgilərində iştirak edir. Onunla elə Bakıda, iş başında - səbət dolu məhsullarını satarkən söhbətləşirik:

«Alıcılarım əsasən muzey, mədəniyyət işçilərdir. Daha çox xaricilər alır. Qiymətlər isə məsələn,
Rüfət Rzayev toxuyacağı əşyaların materialını – «lığ» dediyi uzun yumşaq çubuqları bataqlıqlardan yığıb qurudur
Rüfət Rzayev toxuyacağı əşyaların materialını – «lığ» dediyi uzun yumşaq çubuqları bataqlıqlardan yığıb qurudur
​daha çox alınan bu kiçik səbətlər 2 manata, böyük səbətlər, şlyapalar isə 5 manatadır. Gətirib satıram, yenə min şükür».

Usta Rüfət həsir səbətlərdə saxlanan meyvələrin daha yaxşı qaldığını deyir:

HƏSİR SƏBƏT VƏ SOYUDUCU

«Bu səbətlərə meyvə yığıb balkona qoysan, soyuducudakından yaxşı qalar. Deyim niyə. Soyuducu temperaturunda meyvə daha soyuq qalır. Bu səbətlərdə isə normal temperatur var. Çünki bu həsir səbətlərin arasındakı məsafələr havanı tənzimləyir, içində saxlanan meyvə yaxşı hava qəbul edə bilir» .

Usta əşyalarını təriflədikcə, başına xeyli müştəri də yığışmışdı. İki gənc – AyselElmir şlyapalardan ikisini alır:

«Çox xoşuma gəldi, elə bu gün başıma qoyacağam. Bunlarda bir özünəməxsusluq var, qiyməti də pis deyil».

Hava qaralmağa yaxın usta əşyalarını yığıb Astaranın yolunu tutur. Orada onu hazırlayacağı əşyaların materiallarına – lığa, püzəyə qucaq açan bataqlıqlar, həvəslə işləyəcəyi emalatxanası gözləyir.
XS
SM
MD
LG