Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:26

Nobel ədəbiyyat mükafatı şair Tranströmerə verildi


İsveçli şair Tomas Tranströmer
İsveçli şair Tomas Tranströmer
Oktyabrın 6-da 2011-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb - İsveç şairi Tomas Tranströmer.

“Media forum” saytı xəbər verir ki, İsveç Akademiyası Tomas Tranströmerin Nobel mükafatına layiq görülməsini qısa şəkildə belə ifadə edib: “Onun yaratdığı zəngin və şəffaf obrazların sayəsində biz reallığı yeni çalarda görürük”.

Tomas Tranströmer 1931-ci il aprelin 13-də Stokholmda anadan olub. İxtisasca həkim-psixoloq, peşəkar pianoçudur. Ədəbi aləmə fransız poeziyasından tərcümələrlə gəlib.

12 şeir və nəsr kitabının müəllifidir. İlk kitabı 1954-cü ildə, sonuncusu 2004-cü ildə işıq üzü görüb.

Tranströmer əsasən qafiyəsiz sərbəst şeirlər yazır.

Mükafatın məbləği 1 milyon 400 min ABŞ dolları təşkil edir.

Tranströmerin yaradıcılığını Nobel mükafatlı rus şairi İosif Brodski də yüksək qiymətləndirib.

Brodskinin Tranströmerə şeiri...


Иосиф Бродский

Томасу Транстремеру


Вот я и снова под этим бесцветным небом,
заваленным перистым, рыхлым, единым хлебом
души. Немного накрапывает. Мышь-полевка
приветствует меня свистом. Прошло полвека.

Барвинок и валун, заросший густой щетиной
мха, не сдвинулись с места. И пахнет тиной
блеклый, в простую полоску, отрез Гомеров,
которому некуда деться из-за своих размеров.

Первым это заметили, скорее всего, деревья,
чья неподвижность тоже следствие недоверья
к птицам с их мельтешеньем и отражает строгость
взгляда на многорукость -- если не одноногость.

В здешнем бесстрастном, ровном, потустороннем свете
разница между рыбой, идущей в сети,
и мокнущей под дождем статуей алконавта
заметна только привыкшим к идее деленья на два.

И более двоеточье, чем частное от деленья
голоса на бессрочье, исчадье оледененья,
я припадаю к родной, ржавой, гранитной массе
серой каплей зрачка, вернувшейся восвояси.

<1993>

Həmçinin oxu
Tomas Tranströmer. Şeirlər
İsveç şairi 2-ci ən şanslı namizəd sayılır...
XS
SM
MD
LG