Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:47

Barak Obama Pakistanı “şübhəli əlaqələrdə" ittiham edib


ABŞ prezidenti Barak Obama Pakistanı Əfqanıstanda "şübhəli əlaqələrdə" ittiham edib. O, xəbərdarlıq edib ki, uzun müddətli əlaqələr üçün İslamabad Vaşinqtonun narahatlığını nəzərə almalıdır.

Ağ evdə mətbuat konfransında Barak Obama deyib:

- Əgər onların da bizim maraqlarımızı nəzərə almadığını fikirləşsək, burda şübhə yoxdur ki, uzun müddətli strateji əməkdaşlıqda olduğumuz Pakistana görə özümüzü rahat hiss etməyəcəyik.

Barak Obama deyib ki, Pakistan hərbisi və kəşfiyyatının narahat doğurucu əlaqələri barədə məlumatlıdırlar.

Ötən ay ABŞ admiralı Mike Mullen demişdi ki, Pakistan kəşfiyyatının İslamçı Haqqani şəbəkəsi ilə əlaqəsi var.
XS
SM
MD
LG