Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:17

Penitensiar Xidmətin 230-dan çox əməkdaşı işdən çıxarılıb


Mədət Quliyev
Mədət Quliyev
Bu ilin 10 ayı ərzində Penitensiar Xidmətin 230-dan çox əməkdaşı müəyyən səbəblərə görə xidmətdən azad olunub.

Bunu Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib.

M. Quliyev qeyd edib ki, onlardan 30 faizə yaxını xidmətdə yol verilən qüsurlara görə xaric edilənlərdir.

Xidmətdən azad olunanlar arasında cəzaçəkmə müəssisələrinə narkotik vasitələrin keçirilməsində iştirak edən PX əməkdaşları da olub:

«Bizdə məlumatlar vardı ki, Penitensiar Xidmətin əməkdaşları arasında da cəzaçəkmə müəssisələrinə narkotik vasitələrin ötürülməsində əli olanlar var. Bu məlumatlar yoxlanıldı və müəyyən faktlar aşkarlandı. Bu işdə iştirakı olan əməkdaşlar xidmətdən azad olundu». /apa/
XS
SM
MD
LG