Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:50

ABŞ Yəməndə hakimiyyətin təcili verilməsinə çağırıb


Dövlət Departamentinin bəyanatında deyilir ki, beynəlxalq aləm açıq şəkildə bildirib ki, prezident Ali Abdullah Saleh öz xalqının azad və təhlükəsiz ölkədə yaşamasına imkan verməlidir.

BMT-nin təhlükəsizlik şurası cümə günü Yəməndəki zorakılıqları ittiham edən qətnamə qəbul edib.

Sənəd prezident Ali Abdulla Salehi hakimiyyətin dinc yolla verilməsilə bağlı Fars körfəzi ölkələrinin hazırladığı planı qəbul etməyə çağırır.

8 aydır ki, Yəməndə prezidentin istefası tələbilə kütləvi aksiyalar keçirilir.

Bu müddət ərzində ölkədə yüzlərlə adamın öldürüldüyü bildirilir.
XS
SM
MD
LG