Moskvada Rusiya və Ermənistan prezidentlərinin danışıqları başa çatıb.
Danışıqlardan sonra mətbuat konfransında Rusiya prezidenti Medvedev Qarabağ münaqişəsinin həlli haqda deyib: “Mən şəxsən əminəm ki, ədalətli sülhü yalnız siyasi yolla əldə etmək olar. Son illər bu yolda xeyli iş görülüb”.
O bildirib ki, Rusiya gələcəkdə də danışıqlar prosesinə kömək etmək fikrindədir.
Ermənistan prezidenti Sarkisyan deyib ki, “ Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin 10 görüşü küçirilib. 3 birgə bəyanat imzalanıb. Bunlar kövrək sülhü saxlaya bildilər və Azərbaycanla Ermənistan arasında etibarın əlamətlərinin yaranmasına imkan yaratdılar”.
Moskvada bu günki Ermənistan-Rusiya danışqıları haqda isə görüş başlayanda Medvedev demişdi ki, “Biz ikitərəfli və regionda çoxtərəfli əməkdaşlığın bütün məsələlərini və tam formatda müzakirə edəcəyik”.
O konkretləşdirmişdi ki, tərəflər öz diqqətlərini “iqtisadi, hərbi-texniki əməkdaşlıqda cəmləyəcəklər”.
Danışıqlardan əvvəl Sarkisyan Lomonosov adına Moskva Dövlət Universitetində olub və ona fəxri professor adı verilib.