Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:51

İzmirdə Azərbaycan-Türkiyə neft emalı zavodunun təməli qoyulub


Türkiyənin İzmir vilayətinin Əliağa rayonu ərazisində neft-kimya müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, eləcə də hər iki ölkədən rəsmi şəxslər iştirak ediblər.

R. T. Ərdoğan və İ. Əliyev mərasimdə çıxış ediblər.

Türkiyənin Ege Neft Emalı Zavodunun inşası təqribən 5 mlrd. dollara başa gələcək. Azərbaycanın zavodda payı 75 faizdir. Neft emalı zavodunun tikintisi 2015-ci ildə başa çatacaq.

İllik emal gücü 10 mln. ton olacaq. Yeni zavodun tikintisi kimya xammalının idxalını 30% azaldacaq və Türkiyəyə regionun neft məhsulları bazarına çıxmaq imkanı yaradacaq. (APA)
XS
SM
MD
LG