Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:20

Berdymukhamedov “Türkmənistanın Qəhrəmanı” titulu aldı


Türkmənistan prezidentinin böyük portreti ictimai tədbirlərdən birində, 27 oktyabr 2007
Türkmənistan prezidentinin böyük portreti ictimai tədbirlərdən birində, 27 oktyabr 2007
Türkmənistan prezidenti Kurbanguly Berdymukhamedova oktyabrın 25-də keçirilən təmtəraqlı bir mərasimlə “Türkmənistanın Qəhrəmanı” adı verildi.

İKİ PREZİDENTDƏN BİRİ TÜRKMƏNBAŞI O BİRİ ARXADAĞ OLDU

İxtisasca diş həkimi olan 54 yaşlı Berdymukhamedov ölkəsində hardasa limitsiz hakimiyyətə malikdir. Dünyanın təbii qaz ehtiyatlarının zənginliyinə görə dördnücü ölkəsi olan Türkmənistan həm də dünyanın ən repressiv rejimi və qapalılığı ilə tanınır.
Türkmənistanda müstəqilliyini əldə etdiyi son 20 ildə iki prezident olub.

Birincisi, Saparmurat Niyazov özünü Türkmənbaşı elan etmişdi. 2007-ci ildə onun qəfil ölümündən sonra qısa müddətdə keçirilən seçki ilə hakimiyyət başına gələn Berdymukhamedov isə artıq “Türkmənistanın Qəhrəmanı” elan edildi. Hələ üstəlik indi Türkmənistanda çoxları prezidenti “Arxadağ” adlandırır.

Kurbanguly Berdymukhamedovun qalib elan edildiyi seçkini ATƏT “çətin ki, seçki adlandırmaq mümkün olsun” ifadəsi ilə qiymətləndirmişdi. O, hakimiyyətə gələndən az sonra Niyazovun ölkə boyu səpələnən heykəllərini yığışdırdı.

NİYƏ "TÜRKMƏNİSTANIN QƏHRƏMANI"

Salona toplaşanların gurultulu alqışları altında parlamentin spikeri Akja Nurberdiyeva bildirib ki, prezidentə “Türkmənistanın Qəhrəmanı” adı verilməsi barədə ölkənin Ağsaqqallar Şurasının təklifini deputatlar yekdilliklə bəyəniblər.

“Türkmənistanın Qəhrəmanı” tituluna Berdymukhamedovdan əvvəlki prezident Niyazov altı dəfə layiq görülmüşdü. Təqdimetmə mərasimində parlamentin spikeri prezidentə “ölkənin müstəqilliyini gücləndirdiyinə, Türkmənistanın beynəlxalq nüfuzunu gücləndirdiyinə və böyük islahatlara” görə təşəkkür etdiyini bildirib.

5.5 milyon əhalisi olan bu ölkədə müxalifət partiyaları faktiki olaraq qadağan edilib, dövlət mediasının gündəlik işi prezidenti tərifləməkdən ibarətdir.

Bedymukhamedov isə deyib ki, “belə yüksək etimad mənə ölkə üçün yaxşı işləməkdən başqa yol qoymur”.
XS
SM
MD
LG