Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:19

İranın «elektron pərdəsi» necə dağıdılacaq?


Hillari Klinton
Hillari Klinton
ABŞ Dövlət katibi Hillari Klinton (Hillary Clinton) oktyabrın 26-da «Amerikanın Səsi» radiosuna müsahibə verib.

- Sizcə, İran İslam Respublikası diktaturadır?

- Əlbəttə, inanıram ki, bu rejim diktaturadır. Məncə, bu rejim daha çox hərbi diktaturaya çevrilməkdir. Bu yaxınlarda eşitmişəm ki, hətta prezident də seçilməyəcək, sistem dəyişməyəcək. Çox kədərlənirəm ki, bir tərəfdə İran xalqının gücü, qətiyyəti, yaradıcı intellekti durur, digər tərəfdə dar düşüncəli, oppressiv rejim xalqa nəzarət edir.

SURİYADA NƏ BİŞİRƏ BİLƏRİK?

- Prezident Obama Liviyanı «uğur resepti» adlandırdı. Sizcə Suriya və başqa ölkələr üçün nə vaxt nəsə bişirəcəyik?

- Yaxşı, əvvəlcə Liviyada baş verənlərə baxaq, xalq cəsarətlə inqilaba başlayanda, bəziləri hətta bunu «səfeh addım» da adlandıra bilərdi. Çünki bu qiyam elə bir hökumət və liderə qarşı idi ki, bu lider onları «siçovullar və itlər» adlandırırdı, onları ölümlə hədələyirdi, ev-ev gəzib bu işi həyata keçirirdi. Və daxildən orqanik bir istək baş qaldırdı.

Sonra xalqın özündən xaricdən kömək üçün xahişlər gəldi. Daha sonra regiondan - Ərəb Liqasından, Körfəz Koordinasiya Şurasından müraciətlər gəldi. BMT xalqa müraciətin əhəmiyyətini tanıdı. Suriyada isə bu yoxdur, azından hələlik yoxdur. Müxalifət aydın şəkildə bildirir ki, kənar müdaxilə, onların adından hərbi əməliyyatlar olmasını istəmir. Onlar hətta istəmirlər ki, İran hökuməti müdafiə etsin. Kənardan başqalarının gəlməsini istəmirlər.

Məncə, prezident Obamanın dediyi əslində Liviya xalqının öz yolu idi. Başqa bir yanaşma isə Misir və Tunis xalqının özünü azad etməsidir, bəziləri başqalarından daha çox kömək istəyir, ancaq
Tehranda etiraz aksiyası, 27 dekabr 2009
Tehranda etiraz aksiyası, 27 dekabr 2009
bu, xalqın hərəkətidir.

«ELEKTRON PƏRDƏ»Nİ DAĞITMAQ ALƏTLƏRİ

- Sizcə, bu məsələdə İran xalqının köməyə ehtiyacı var?

- 2009-cu ili xatırlayıram, həmin vaxt Yaşıllar Hərəkatı və bizim hökumətlə ünsiyyəti olanlar deyirdilər ki, biz sizin köməyi istəmirik, istəmirik ki, bizim mübarizəmizdə sizin də adınız çəkilsin, bunu biz özümüz görməliyik. Biz də həmin fikrə hörmətlə yanaşdıq.

Biz İran rejimi ilə münaqişə istəmirik. Bizə İran xalqının dəstəyi lazımdır. Biz rejimin İran ətrafında qurduğu «elektron pərdə»ni dağıtmaq üçün alətlər təklif edirik. Daha çox tələbə mübadiləsi proqramı həyata keçiririk. Mən bir neçə ay bundan əvvəl elan verdim; biz istəyirik ki, daha çox tələbə ABŞ-a təhsil almağa gəlsin. Viza prosesini asanlaşdırmağa çalışırıq. İlin sonunacan bir veb-saytımız, Tehranda virtual səfirliyimiz olacaq, adamlar burdan informasiya ala biləcəklər. Biz İran xalqına online təhsil məsləhəti, digər dəstək də verməyə hazırıq.

SANKSİYALAR - REJİMƏ YA XALQA QARŞI?

- Məşhəd şəhərindən Əli sanksiyalarla bağlı sual verir. Deyir bir qrup insan inanır ki, sanksiyalar əhaliyə təzyiqdir. Başqa bir qrup isə fikirləşir ki, təkcə neftə və mərkəzi banka sanksiya qoymaqla İslam respublikasının hərəkətlərini məhdudlaşdırmaq olar. Sizin mövqeyiniz nədir?

- Bilirəm ki, sanksiyalar bəzən mübahisə doğurur. Çünki onlar diplomatiya alətidir, münaqişəyə qarşı məcburi diplomatiyadır.
Tehranda internet-kafe
Tehranda internet-kafe
Bizim hökumətdən heç kəs münaqişə istəmir. Ancaq biz rejimin davranışına təsir etmək istəyirik, onu dəyişməyə ümid edirik. Xatırladım ki, ən güclü sanksiyaları BMT o vaxt qəbul etdi ki, rejimin nüvə silahı proqramına sahib olması aydınlaşdı.

Biz danışıqlara cəhd etmişik, aydın ifadə etmişik ki, İranın mülki nüvə enerjisinə haqqı var, ancaq nüvə silahı saxlamağa yox. Biz bu vaxtacan uğurlu olmasa da, sanksiyalardan istifadə edib elə bir şərait yaratmaq istəyirik ki, İran rejimini danışıqlara, diplomatik cəhdlərə çəkək.

AVADANLIQ, PROQRAM, TƏLİMLƏR

- «Elektron pərdə» barədə danışdınız. Bu pərdəni yırtmaq üçün konkret plan varmı?

- Əvvəlcə onu deyim ki, rejim internet, online kommunikasiya və ənənəvi kommunikasiya formalarını dağıtmaq üçün ən effektiv cəhdlər etməkdədir. Məsələn, telefonlar, mobil telefonlara münasibətdə də bu tətbiq olunur. Bundan başqa öz fikrini ifadə edən istənilən şəxsi izləyirlər. Bunu başa düşmək çətin olsa da, həmin şəxsləri onlar təxribatçı sayırlar. Bizim gördüyümüz iş budur: müəyyən avadanlıq, proqramlar, təlimlər təşkil edirik ki, insanlar həm virtual, həm də üzbəüz lazımi bacarığa yiyələnsinlər. Avadanlıqdan isə həmin «elektron pərdə»ni dağıtmaq üçün istifadə oluna bilər. Bu barədə bundan artıq danışa bilmərəm.
XS
SM
MD
LG