Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:05

Britaniya səfiri «Twitter»də suallara cavab verib


Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman
Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman
«Böyük Britaniya London Olimpiya oyunlarında Azərbaycan vətəndaşlarına hər hansı kvota nəzərdə tutmayıb».
Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman oktyabrın 27-də «Twitter» sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırarkən belə deyib.
VİZA REJİMİ ƏDALƏTLİ VƏ DÜZGÜNDÜR
Səfir yaxın vaxtlarda Azərbaycanla viza rejimini dəyişmək planlarının olmadığını da söyləyib. O, hazırkı viza rejimini ədalətli və düzgün olduğunu qeyd edib.
Səfir Azərbaycandakı fəaliyyətinə sentyabrdan başlayıb. Bundan əvvəl Britaniyanın Lüksemburqdakı səfiri kimi çalışıb.
Azərbaycanda ilk dəfə bu təcrübədən istifadə edən səfir bir saat ərzində ona ünvanlanan sualları «Twitter» vasitəsilə cavablandırıb.
Bir neçə istifadəçi səfirliyin yerli QHT-lər, gənclər qrupları və siyasi partiyalarla əməkdaşlığına aid suallar verib. Peter Bateman isə bildirib ki, o, artıq QHT əməkdaşları ilə görüşüb. Yaxın vaxtlarda isə gənclər təşkilatları və siyasi partiyalarla görüşməyi planlaşdırır.
DİALOQUN BİR HİSSƏSİ
Səfir İctimai Palatanın 2 aprel aksiyasına görə tutulan müxalifət fəallarının azadlıqdan məhrum edilməsi barədə AzadlıqRadiosunun sualına da cavab verib. O, həmin məsələnin Azərbaycan rəsmiləri ilə geniş dialoqunun bir hissəsi olaraq qalacağını bildirib.
2 aprel aksiyasında saxlanmış 13 müxalifət fəalı hazırda həbsdədir. Sosial media fəalları Bəxtiyar HacıyevCabbar Savalan, eləcə də hüquq müdafiəçisi Vidadi İsgəndərli ictimai asayişi pozmaq, narkotik maddələr saxlamaq və s. müxtəlif ittihamlara həbs cəzası alıb. Fəallar həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.
Peter Bateman Böyük Britaniyada təhsil almaq istəyən gənclərə şad xəbər verib. O, bildirib ki, 2012-2013-cü illərdə «Chevening» təqaüd proramının davam edəcək.
XS
SM
MD
LG