Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:13

Vəkil baş redaktorla görüşüb


Vəkil Elçin Sadıqov həbsdə olan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb.

Vəkil baş redaktorun saxlanma şəraitindən narazı olmadığını bildirib:

«Əvəz Zeynallı bildirir ki, həbsi siyasi xarakterlidir. Deyir ki, son vaxtlar qəzetin çapı ilə bağlı təzyiqlər artığı üçün həbsini gözləyirdi».

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs olunub.

Əvəz Zeynallı deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG