Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05

Şekspirin əsərlərini əslində başqası yazıb?


U.K. -- William Shakespeare, undated
U.K. -- William Shakespeare, undated
Feyziyyə Hacıyeva


Yeni filmə görə, dünya ədəbiyyatı tarixinin ən ünlü simalarından sayılan ingilis dramaturqu Uilyam Şekspir əslində başqasının yazdığı əsərlərlə məşhurlaşmış savadsız bir şəxsdir.

Tanınmış Hollivud rejissoru Roland Emmerich-in çəkdiyi “Anonim” filmi artıq bir neçə gündür ABŞ, Kanada, İrlandiya və Böyük Britaniya kinoteatrlarında göstərilməyə başlanıb.

Filmdə iddia edilir ki, Şekspirə aid edilən əsərləri əslində Britaniya kraliçası Yelizavetanın məşuqu, qraf Oxford yazıb. Kraliça ondan oğul da dünyaya gətirir.

Qraf Oxford - Robert Devereux-in başladığı üsyanı dəstəkləmək üçün əsərlər yazır, amma həmin əsərlərin müəllifi kimi savadsız bir şəxs olan Uilyam Şekspir göstərilir.

Amma üsyan məğlubiyyətlə nəticələndiyi üçün qraf kraliçadan olan oğlunun gələcək taleyindən ehtiyat edərək öz əsərlərinin müəllifliyindən imtina edir.

Filmə görə, qrafın öz oğluna yazdığı sonetlər də sonradan Şekspirin adına çıxılıb.

Baş rollarda Rhys Ifans və Vanessa Redgrave çəkilib.

Şekspirin müəllifliyini danan nəzəriyyə Avropada hələ 1920-ci illərdə irəli sürülüb.
XS
SM
MD
LG