Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:44

Matthew Bryza xarici investorları Ağcabədi rayonuna sərmayə qoymağa çağırıb


Matthew Bryza
Matthew Bryza
Noyabrın 3-də ABŞ-ın Azərbaycandakı səfiri Ağcabədi rayonuna səfər edib.

APA-nın məlumatına görə, səfir Ağcabədi rayon icra hakimiyyətində rayon rəsmiləri ilə görüşüb.

Daha sonra Ağcabədidə yerləşən Aqro İnformasiya Mərkəzində olan Matthew Bryza jurnalistlərə açıqlama verib. Səfir deyib ki, bölgəyə səfəri burada kənd təsərrüfatının vəziyyətini öyrənmək, bu sahənin inkişaf imkanları araşdırmaq və xüsusilə rayonun Taxtakörpü qəsəbəsində məskunlaşan laçınlı fermerlərin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi daşıyır.
Səfir xarici investorların bölgəyə sərmayə yatırmasında maraqlı olduğunu bildirib: «Mən əsasən xarici ölkələrdən olan iş adamlarını Azərbaycanın bu bölgəsinə investisiya qoymağa çağırıram. Çünki burada kənd təsərrüfatı sahəsinin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycan xalqının yaxşı yaşaması, vətəndaşların sosial vəziyyətinin yüksəlməsi tərəfdaş ölkə kimi bizim üçün də önəmlidir».
XS
SM
MD
LG