Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 06:17

Əfqanıstanda NATO qüvvələrini təhc edən şirkətə hücum edilib


Əfqanıstanın Herat əyalətində NATO qüvvələrinin təhcizilə məşğul olan şirkətin binasına edilmiş hücumda 2 yerli gözətçi ölüb, 5-i isə yaralanıb.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Yaraqlılar əvvəlcə binanın girəcəyində bomba partladıb, sonra isə kompleksə hücuma keçiblər.

Atışma zamanı hücum edənlərin hamısı öldürülüb.

İyuldan Herat əyalətinə yerli qüvələr nəzarət edir.

Beynəlxalq koalisiya qüvvələri 2014-cü ildə Əfqanıstandan tam çıxarılacaq.
XS
SM
MD
LG