Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:21

Rüstəm İbrahimbəyov: «Daha susmaq olmaz, biz uçuruma gedirik» (VİDEO)


Ziyallılar nədən narahatdır?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00
Direct-ə keçid

Ərəb ölkələrində baş verən inqilab, "Şirkət dövləti" və digər məsələlər ziyalıların 4 noyabrda keçirdiyi forumda müzakirə olundu.

«15-18 il hər şeyə dözüb, öz işimizlə məşğul ola-ola, öz işimizi-peşəmizi ən vacib iş hesab edə-edə ictimai həyata qarışmamışıq. Bu da bizim qüsurumuzdur».

Bu sözləri dramaturq Rüstəm İbrahimbəyov AzadlıqRadiosuna müsahibəsində deyib. Noyabrın 4-də Ziyalılar Forumunun toplantısındakı çıxışında da o bir məqama diqqət çəkdi: «15-20 ildir Azərbaycan ziyalısı susur». Forumda isə «Milli birlik: yollar və şərtlər» müzakirə olunurdu.

- Rüstəm müəllim, siz milli birliyin yolunu nədə görürsüz?

- Milli birliyin yolları da çoxdur, şərtləri də. Mən ancaq onu bilirəm ki, ziyalılarımızın borcu nədir. Milli birlik yaranması üçün bizim borcumuz nədir. Borcumuz xalqın problemlərini, ağrısını cəmiyyətə çatdırmaqdır. Biz həkim deyilik, bizim imkanımız çox azdır. Bizim silahımız ancaq sözümüzdür. 15-20 ildir ki, Azərbaycan ziyalıları susurlar. Mən beş-altı il bundan əvvəl demişdim ki, Azərbaycanda ziyalı yoxdur. O mənada yoxdur ki, bir siyasi qüvvə, ictimai qüvvə kimi ziyalı təbəqəsi yoxdur, yəni yoxa yaxındır. Çünki susur. Bu milli birlik, milli həmrəylik, milli barış ona görə lazımdır ki, ədalətli, vicdanlı cəmiyyət yaradaq. Bunları əldə etmək üçün ziyalılar heç nədən qorxmadan vicdan borcunu həyata keçirməlidir, heç nədən qorxmadan! Ağız dolusu həqiqəti danışmalıdır.

«SUSMAQ EYBİMİZDİR! QÜSURUMUZU DÜZƏLTMƏLİYİK!»

Noyabrın 4-də Ziyalılar Forumunun toplantısı keçirilib
Noyabrın 4-də Ziyalılar Forumunun toplantısı keçirilib
- Rüstəm müəllim, sizcə Azərbaycan ziyalısı 15-20 ildir niyə susur? Onu susdurublar, yoxsa könüllü halda susur?

- İctimai proseslər yavaş-yavaş «xoda» salınır. Əvvəl siyasətlə məşğul olanlar çıxırlar ön sıraya. Ziyalılar isə siyasətlə məşğul olmurlar. Hamımız öz işimizlə məşğuluq. Siyasətçilərin arasında da ziyalı çox idi. Mən isə o ziyalıları deyirəm ki, siyasətdə deyillər. Hərəsi öz peşəsi ilə məşğuldur. İndi cəmiyyətimiz elə həddə çatıb ki, biz uçuruma gedirik, daha susmaq olmaz. Biz istəmirik ki, xalqımız, ölkəmiz, hökumətimiz inqilab yolu ilə uçuruma getsin. Biz danışmalıyıq. Daha biz axırıncı həddə çatmışıq. Susmaq bizim eybimizdir. 15-18 il hər şeyə dözüb, öz işimizlə məşğul ola-ola, öz işimizi-peşəmizi ən vacib iş hesab edə-edə ictimai həyata qarışmamışıq. Bu da bizim böyük qüsurumuzdur. Bunu da indi düzəltməliyik.

«MƏNİ VİCDANIM MARAQLANDIRIR»

- Necə bilirsiz, eşidəcəklərmi sizi ziyalılar?

- Məni heç o maraqlandırmır. Eşidəcəklərmi, nəticəsi olacaq, olmayacaq, məqsədimizə çatacağıq-çatmayacağıq... Məni maraqlandırır mənim vicdanım. Mən bunu deməliyəm. Nə olar olar.

- Forumda milli birlikdən danışanda çox şeyə toxundular: ədalətli seçkilər, korrupsiyaya...

- Şərtləri çoxdur. Cavab da oldu ki, bu mühitdə seçki necə keçirilə bilər? Azərbaycanda əməlli-başlı təmiz seçki keçirilə bilməz. Camaatı pulla alacaqlar.

- Nə dəyişməlidir? Sistem?

- Mən dedim də...
XS
SM
MD
LG