Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:07

Suriya Ərəb Liqası üzvlüyünüyün donrudulrmasını təhlükəli sayır


Suriya Ərəb Liqasının onun üzvlüyünü dondurmasını çox təhlükəli addım adlandırıb. Xarici İşlər Naziri Walid al-Moualem Ərəb Liqasının şənbə günü verdiyi qərarı belə şərh edib. Rusiya da bu addımı səhv adlandırıb.

Türkiyə Xarici İşlər naziri Ahmet Davutoglu isə Ərəb liqasının qərarını alqışlayıb və Suriyadakı səfirliyinə hücumun onların mövqeyiə təsir etməyəcəyini deyib.

Ərəb Liqasının verdiyi qərara görə, Suriya Liqayla mzaladığı anlaşmaya uyğun olaraq etirazçılara divan tutmasını dayandırana qədər üzvlüyü dayandırılır.

BMT-nin hesablamalrına görə, Mart ayında etirazların başlamasından bu yana Suriyada azı 3500 etirazçı öldürülüb.

Avropa Birliyi nazirləri Brüsseldə Suriyaya qarşı sanksiyaları daha da sərtləşdirmək və 18 rəsminin də adını qara siyahlıya salmağı müzakirə edir.
XS
SM
MD
LG