Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:25

Jalə. Soyuq və qaranlıq haqqında


"Adamlar..." silsiləsindən


Soyuq və qaranlıq haqqında

Bir gün bir şeir yazdım. Sonra gördüm ki, şeirdən Mövludluq tökülür…

bu soyuqda, qaranlıqda
küçələri tək gəzmək var
üzünü kəsən şaxtanın
üzünə arsız gülmək var

bu soyuqda, qaranlıqda
ağrıları kiritmək var
kirpiyinə qonan qarı
göz yaşında əritmək var

bu soyuqda, qaranlıqda
bezmək var şirin canından
içində dərd əzən kimi
palçığı bərk-bərk əzmək var

bu soyuqda, qaranlıqda
bu soyuq da, qaranlıq da
kücə, tinlər, elə sən də
doğmalıqçün kövrəlmək var

bu soyuqda, qaranlıqda
yada salmaq var tək onu
ikinizin mahnısını
zümzümə eləmək də var…

…bu soyuqda, qaranlıqda
toqquşub qəfil əcəllə
gözün göyə dikmək də var:
“bu soyuqda, qaranlıqda?”
XS
SM
MD
LG