Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

Azərbaycana Çindən gələn miqrantların sayı azalıb


Miqrasiya Azərbaycan üçün heç bir təhlükə yaratmır.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti idarəsinin rəisi Vahid Qəhrəmanov bildirib.

O deyib ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə miqrantlar barədə məlumatlar daim diqqətdə saxlanılır:

«Ölkə ərazisindəki miqrantlar əsasən MDB ölkələrindən gələnlərdir. Türkiyədən gəlmiş miqrantlar da çoxluq təşkil edir».

V.Qəhrəmanov qeyd edib ki, bir neçə il əvvələdək Azərbaycanda Çindən gəlmiş miqrantlar üstünlük təşkil edib. Lakin DMX-nin Daxili İşlər Nazirliyi ilə həyata keçirdiyi tədbirlər nəticəsində bu say əhəmiyyətli dərəcədə azalıb.

V. Qəhrəmanov Miqrasiya Məcəlləsi layihəsinin hazırlanaraq razılıq üçün müvafiq qurumlara göndərildiyini və gələn il parlamentdə müzakirəyə çıxarılacağını da deyib.

Bu məcəllədə miqrantların, qaçqınların və bu kateqoriyadan olan digər şəxslərin hüquq və azadlıqları, statusları və s. məsələlər əksini tapacaq. /apa/
XS
SM
MD
LG