Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

Lukaşenko 2 nəfərə kəsilmiş ölüm hökmünə baxacaq


Almaniya Mİnsk metrosundakı terror aktına görə ölüm hökmünə məhkum edilmiş Dimitri Konavalovla Vladislav Kovalyovun işinə yenidən baxılmasını təkid edir.

Belarusun Berlindəki səfiri cümə günü Almaniyanın xarici işlər nazirliyinə çağırılıb.

Səfirə çatdırılmış məktubda deyilir ki, Almaniya prinsipial olaraq ölüm hökmünə qarşı çıxmaqla yanaşı, məhkəmənin qərarına şübhəylə yanaşır.

Prezident Aleksandr lukaşenko yaxın vaxtlarda onların əfv məsələsinə baxacağını bildirib.

Belarus Avropada ölüm hökmünün mövcud olduğu yeganə ölkədir.
XS
SM
MD
LG