İlqar Heydərov iki ilə yaxındır ki, "Kitab Klubu"nun üzvüdür. Deyir ki, kluba üzv olmaqda məqsədi 150 cildlik dünya ədəbiyyatı seriyasından olan kitabları əldə etmək istəyidir. Şərtlərə görə bu kitablar yalnız abunə yolu ilə yayılmalıdır:
«Belə bir layihə Azərbaycan kitab bazarı üçün yenilik idi. Bizə bildirilmişdi ki, bu kitablar yalnız abunəçilərə satılacaq. Lakin bir neçə gün öncə həmin kitablardan satışda gördüm. Yəni, hər bir alıcı pərakəndə şəkildə bu kitabları ala bilər. Yalnız bir fərq var idi. Biz kitabları 7 manatdan alırıq, lakin kitab mağazalarında həmin kitablar 10 manatdan satılır».
«ÇOX TƏƏSSÜFLƏR OLSUN Kİ...»
Əvvəlcədən bildirilib ki, dünya ədəbiyyatı seriyasından olan bu kitabları almaq üçün alıcılar əvvəlcə «Kitab Klub»unda abunə olmalı və hər ay 150 seriyadan ən azı birini ala bilərlər. Hazırda klubda min abunəçi var. Yeni abunələr üçün də əlavə 250 yer ayrılıb. "Kitab Klubu"nun əməkdaşı Elçin Hüseynov deyir ki, kitabların satışa çıxarılması onları da narahat edir. Bununla bağlı artıq aidiyyatı qurumlara məlumat veriblər:
«Həmin kitablardan satış məntəqələrində var. Bu abunə üçün ayrılan kitablar deyil. Satışa çıxarılan kitablar ölkənin kitabxanalarına paylanmalı olan kitablardır. Biz abunə işinə başlayanda ən çox narahat olduğumuz məqam hansısa yolla kitabların qara bazara çıxarılma təhlükəsi idi. Çox təəssüflər olsun ki, bu baş verdi».
Elçin Hüseynov deyir ki, abunə üçün hazırlanan kitablar fərqli üz qabığı ilə 1000 tirajla çap olunur. Kitabxanalar üçün hazırlanan kitablar isə 7 min tirajla çıxır.
«SATILAN KİTABLAR HARADANDIR?»
Şəhərdəki bir neçə kitab mağazasına baş çəkdik. Bu kitabların bəzi mağazalarda gizli, bəzilərində isə aşkar şəkildə satılması halları ilə rastlaşdıq. Onları satışa aşkar çıxaran «Akademkitab» kitab evinin direktoru Əliağa Cəfərov:
«Siz indi deyirsiniz fikir verirəm. Bilmirəm bu kitabları haradan və necə almışıq. Amma mən bunu araşdıraram».
«Dünya Ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə nəşr edilməsi haqda» prezident İlham Əliyev 2007-ci ildə sərəncam verib. Həmin sərəncama əsasən dövlət kitabxanaları dövlət hesabına yeni nəşrlərlə təmin olunur. 150 cildlik dünya ədəbiyyatı kitabxanasından kitabların nəşr edilməsi haqda tenderdə «Şərq-Qərb» ASC qalib gəlib. Kitablar burada sifarişə uyğun olaraq nəşr olunur. «Şərq-Qərb» ASC-nin Nəşriyyat şöbəsinin direktoru Rasim Müzəffərli deyir:
«KİTABLARI OXUCULARA VERMƏK ƏVƏZİNƏ...»
«Nəşriyyat kitabın satışı ilə məşğul olan qurum deyil. Kitab istehsal edir. O ki, qaldı qanunsuz satışlara, onlar ancaq pulsuz olaraq ucqar kənd kitabxanalarına göndərilməli olan kitablardır. Çox təəssüf ki, həmin kitabları oxuculara vermək əvəzinə satıb, pulunu toyuq-cücəyə verirlər».
«BİZ BU KİTABLARI GÖZ-BƏBƏYİMİZ KİMİ QORUYURUQ»
Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova isə nəşriyyatın iddialarını əsassız hesab edir:
«Bölgü ilə nə qədər kitab ayrılırsa qaimə ilə həmin kitablar alınır. Ən ucqar filiala da getsəsəniz siyahıya ilə həmin kitablar görərsiniz. Yəni, biz mütamadi olaraq filiallara, regiona gedirik, elə bir hala rast gəlməmişik ki, bazada olan kitablar olmasın. Özü də bu kitablar prezidentin sərəncamı ilə alınan kitablardır. Beş qat artıq həmin kitabları göz bəbəkləri kimi qoruyurlar. Çox güman ki, həmin kitablar nəşriyyata daxil olarkən elə oradaca sifarişdən artıq nəşr olunub və gizli yolla bazara çıxarılıb».
AZƏRBAYCANDA PİS TƏCRÜBƏ
Vəkil Yalçın İmanov dövlət hesabına nəşr edilib kitabxanalara verilməli olan və yalnız abunə yolu ilə satışına icazə verilən kitabların açıq satışa çıxarılmasını qanunsuz sayır:
«Nəticə ondan ibarətdir ki, bu kitablar hansısa yolla satışa çıxarılıb və bunun məsuliyyətini nəşriyyat daşıyır. Azərbaycanda pis bir təcrübə var. Adətən məşhur, çox satılan kitab və qəzetləri nəşr edən nəşriyyatlar gizli yolla həmin nümunələrdən daha çox çap edirlər. Və sonradan gizli yolla həmin kitabları satışa çıxarırlar».
Yalçın İmanov deyir ki, bu kitabları bu şəkildə bazara çıxaranlar qanun qarşısında məsuliyyət daşıyırlar.