«Mülki işlər üzrə məhkəmələrə müraciətlərin sayı dəfələrlə artıb. Bu əhalinin məhkəmələrə inanımın artmasının göstəricisidir».
Bunu Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov dekabrın 9-da keçirilən Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masadakı çıxışı zamanlı deyib:

«Biz görürük ki, bu gün əhali arasında məhkəmələrə, ümumiyyətlə ədliyyə strukturlarına inam nə qədər yüksəkdir. Statistik məlumatlara nəzər salanda, xüsusilə mülki işlər üzrə mübahisələrə baxılarkən görürük ki, məhkəmələrə müraciətlərin sayı dəfələlərlə artıb. Bu heç də təsadüfi deyil. Bu özü özündən baş verən proseslər yox, real islahatların nəticəsidir».
Faiq Qurbanov deyir ki, Azərbaycanın ədliyyə strukturunda həyata keçirilən islahatlar və bu sistemin hər bir strukturunun qarşısında duran vəzifələr ilk növbədə insan hüquqlarının təmin olma məsələlərinə hesablanır.