Suriyada təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında toqquşmalar davam edir.
Şənbə günü İdlib, Homs və Deraa əyalətlərində azı 13 adam öldürülüb.
Yerli hüquq müdafiəçiləri həbsdə olan müxalifətçilərə işgəncələr verildiyini və bir neçə həftə bundan əvvəl həbs edilmiş 3 fəalın öldürüldüyünü xəbər verirlər.
Dünən isə paytaxt Dəməşq və Homs şəhərlərində isə azı 41 adamın öldürüldüyü bildirilir.
Birləşmiş Ştatlar Suriya hakimiyyətini təcili beynəlxalq müşahidəçiləri ölkəyə buraxmağa çağırıb.
Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.
BMT bu müddət ərzində 4 mindən çox adamın öldürüldüyünü deyir.