Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Bulqakovun varisi “Usta və Marqarita” baletini qadağan etdi


Mixail Bulqakov
Mixail Bulqakov
Məşhur rus yazıçısı Mixail Bulqakovun varisi ilə Krasnoyarskın populyar «Свободный балет Валерия Терешкина» xoreoqrafiya kollektivi arasında münaqişə yaranıb.

Yazıçının varisi və onun əsərlərinin müəlliflik hüquqlarının sahibi Sergey Şilovski kollektivin hazırladığı “Usta və Marqarita” baletini qadağan edib.

Bu, premyeraya bir neçə gün qalmış baş verib.

Amma “azad baletçilər” premyeranı ləğv etməyiblər.

Onlar baletin adını dəyişərək «Движение к истине» (Həqiqətə doğru hərəkət) adlandırıblar.

Kollektivin rəhbərliyi baletin məzmununda da “Usta və Marqarita”nı xatırladan hər şeyi dəyişdiklərini deyib.

Hərçənd afişaları dəyişməyə vaxt çatmayıb və sonacan orada “Usta və Marqarita”nın premyerasının olacağını görmək olardı.

Premyerada aparıcı tamaşaçıları təəccübləndirərək bildirib ki, “indi «Движение к истине» baleti göstəriləcək və balet Bulqakovun anadan olmasının 120 illiyinə həsr edilib”.

Şilovski “azad baletçilər”in müdirinə yazdığı məktubda “Usta və Marqarita” baletinin ondan xəbərsiz hazırlandığını, bununla onun müəlliflik hüquqlarının pozulduğunu bildirib.

Məktubun sonunda qeyd edir ki, Bulqakovun “Usta və Marqarita” əsərinin müəlliflik hüquqları Rusiya Müəlliflik Agentliyində onun adınadır: “Ümid edirəm ki, premyera ləğv ediləcək və mənim hüquqşünasların xidmətindən istifadə etməyimə ehtiyac qalmayacaq”.

“Usta və Marqarita” ilk dəfə 1966-cı ildə çap edildiyi və müəlliflik hüquqularının müddəti 70 il olduğu üçün əsər yalnız 2036-cı ildə xalqın sərvəti olacaq.

Bulqakovun doğma övladları olmayıb.

Buna görə də yazıçının əsərlərinin müəlliflik haqları onun üçüncü arvadı Yelena Sergeyevnaya, onun ölümündən sonrasa kiçik oğlu Sergey Şilovskiyəyə keçib.

“Komsomolskaya pravda”ya istinadla oxuzalı.az
XS
SM
MD
LG