ABŞ insan hüquqlarını pozduqları üçün iki iranlı hərbçiyə qarşı sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar tətbiq olunan şəxslər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hassan Firuzabadi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qüvvələri komandanının müavini Abdulla Arakidir.
Onların ABŞ-dakı əmlakı dondurulub və ABŞ-a gəlmək qadağan olunub. Sanksiyalara görə, ABŞ vətəndaşları bu şəxslərlə işgüzar münasibətdə ola bilməz.