Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:21

İran Türkiyədəki İslamı bəyənmir


İstanbul
İstanbul

“The Financial Times” iki ölkə arasında münasibətlərin daha da gərginləşəcəyini yazır

İran Türkiyə hakimiyyətinin tətbiq etdiyi dünyəvilik prinsipini bəyənmir. İran hesab edir ki, Türkiyənin mötədil İslam sistemi Ərəb baharı ölkələri üçün pis nümunə ola bilər.

Ayətulla Ali Xamneyinin baş müaşviri Ali-Akbar Velayati keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyədəki İslam modeli qərb liberal demokratlarının versiyasıdır və bu variant İslam dirçəlişini yaşayan ölkələr üçün yolverilməzdir.

Ondan fərqli olaraq, Türkiyənin baş naziri Rəcəp Tayyıp Ərdoğan Misir və Tunisə səfəri zamanı öz ölkəsinin dünyəvilik prinsiplərini təbliğ edərək bu prinsiplərn ölkənin inkişaf perspektivinə hansı təsir göstərəcəyindən danışıb.

Son vaxtlar iki qonşu ölkə arasında rəqabət getdikcə güclənir. Bu rəqabət xüsusilə NATO raket hücumundan müdafiə sistemi və Suriya prezidenti Başar al-Əsədin taleyi ilə bağlı məsələləri əhatə edir.

Bu iki ölkə qarşılıqlı iqtisadi münasibətlərə də malikdir. Onların hər biri regionda rtəsirini gücləndirmək niyyətindədir. Bu da istər-istəməz gərginlik yaradır.

“İran heç nədən asılı olmayarq Əsədi müdafiə edir... Onlar bizim İraq və Suriya məsələsinə qarışmağımızdan narazıdırlar”, deyə Türkiyər əsmilərdinən biri “The Financial Times”a bildirib.

Türkiyə bir neçə ay əvvəl Əsədin müdafiəsindən geri çəkilib. Hazırda Türkiyə onun getməsini tələb edən beynəlxalq kampaniyaya başçılıq edir. Bu məsələdə ən böyük tərəfdaşı itirmək İrana əlverişi deyil. Çünki Surya İranın Hizbollah qruplaşması ilə əlaqələrini təmin edir.

Lakin Ankara və Tehran arasında gərginliyin daha ciddi səbəbləri ola bilər. Ali-Akbar Velayatidən iki gün əvvəl İran parlamentinin üzvü Hüseyn İbrahimi Türkiyəyə qarşı hədələr səsləndirmişdi. İbrahimi demişdi ki, İran hücuma məruz qalsa, ilk olaraq Malatyada quraşdırılan antiraket sistemini vuracaq.

Rəsmi Tehran türk həmkarlarına bu cür hədələrə fikir verməməyi məsləhət görür. Amma aydın məsələdir ki, İran özünə qarşı hücumları göz önünə almaqdadır.

Türk məmurları da deyirlər ki, NATO proqramının Tehrana aidiyyəti yoxdur və məhz Türkiyənin ciddi səyi nəticəsində İranın adı bu proqramın hədəfindən çıxarılıb. Digər tərəfdən, NATO-nun özü də İsrailin düşməni olan İranla radar informasiyalarını bölüşdürmək fikrində deyil.

Bu iki ölkə həmçinin İraq məsələsində də rəqabət aparırdı. Türkiyə parlamüntinin keçmiş üzvü Suat Kınıklayoğlu deyib ki, İranla onun ölkəsi arasında rəqabət getdikcə güclənə bilər: “Bu ay amerikan ordusu geri çəkilsə, İraqla bağlı rəqabət dərinləşəcək. Əsədin hakimiyyətdən gedəcəyi təqdirsə, bu münasibətlər daha da gərginləşəcək”.
XS
SM
MD
LG