Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 08:26

Facebook-dan imtina edənlər... onların arqumenti nədir?


Arxiv foto
Arxiv foto

Amerikalı tələbə Tyson Balcomb “New York Times”a danışır ki, bir dəfə liftdə bir qadın ona tanış gəlib. Tyson-un yadına düşüb ki, həmin qadını Facebook-dan tanıyır, o, Vaşinqton sahilinə yaxın kiçik bir adada yaşayır, üstəlik də həmin qadının böyük qardaşının da şəklini görüb:

“Onun haqqında bütün bunları bilsəm də, heç zaman onunla ünsiyyətim olmamışdı” – deyən Tyson Facebook-da həmin qadınla müştərək dostlarının olduğunu, buna görə də həmin məlumatları gördüyünü bildirir: “Bu fikirlər ağlımdan keçəndə anladım ki, bu heç də sağlam mühit deyil”.

Beləliklə Tyson Facebook-u tərk edib.

TƏKCƏ ABŞ-DA 200 MİLYON İSTİFADƏÇİ

Facebook sosial şəbəkəsinin dünyada 800 milyon nəfərdən çox üzvü var. Bunların 200 milyon nəfəri təkcə ABŞ-dadır.

Amma sosial şəbəkəyə qoşulanların sayı çox olsa da, bəzi insanlar ya ümumiyyətlə, Facebook-da olmaq istəmir, ya da hesablarını bağlayıb oradan çıxır.

Facebook insanlara bir-biri ilə virtual ünsiyyət qurmaq şəraiti yaradır. Amma bəziləri deyir ki, Facebook-a aludə olmaq əksinə insanı real ünsiyyətdən eləyir.

Məsələn, 24 yaşlı Ashleigh Elser deyir ki, Facebook çıxandan bəri dostlarına zəng eləmir: “Mən onların şəkillərini və hesablarının yenilənməsini görürəm və məndə sanki onlarla real ünsiyyətdə olmaq təəsüratı yaranır”.

Bu səbəbdən Ashleigh Facebook-dan imtina edib.

VİRTUAL, YOXSA REAL ÜNSİYYƏT

“Pew Internet and American Life Project” layihəsində çalışan Amanda Lenhart bildirir ki, Facebook-dan istifadə edənlərdə ümumilikdə başqa insanlara və təsisatlara inam meyli yaranır.

26 yaşlı Brooklyn sakini Will Brennan deyir ki, Facebook-da insanların şəxsi məlumatlarından sui-istifadə ilə bağlı “çoxlu qorxunc hekayətlər eşidib”, amma dostları onun sosial mediaya qarşı yönəlmiş mövqeyinə müsbət yanaşmırlar...

Əlbəttə, bəzilərinin sosial şəbəkədən imtina etməsi sadəcə, televiziyanın yaradıldığı ilk illərdə televizora baxmayacağını deyənlərin arqumentlərini xatırlada bilər, amma bəziləri ən müsir telefon və başqa avadanlıqlardan istifadə edə bilsələr də, şüurlu şəkildə real ünsiyyətə üstünlük verirlər.
XS
SM
MD
LG