Beynəlxalq Cinayət Məhkəməsinin baş ittihamçısı deyib ki, Liviyanın keçmiş rəhbəri Muammar Qaddafinin öldürülməsinin müharibə cinayəti olması ilə bağlı onda ciddi şübhələr var,
Baş ittihamç Luis Moreno Ocampo dekabrın 15-də Nyu-yorkda jurnalistlərə bildirib ki, bu şübhələrə aydınlıq gətirilməsi üçün onun ofisi Liviya Milli Keçid Şurasının rəhbərinə sorğu göndərib. Yeni hökumət Qaddafinin ölüm şəraitini araşdırmaq üçün təhqiqata başlayıb.
Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi müharibə cinayətləri ilə bağlı ölkələr araşdırma apara bilmədiyi təqdirdə bu hadisələri təhqiq etmək səlahiyyətinə sahibdir.
Devrilmiş Gaddafi 42 illik hakimiyyətdən sonra baş vermiş vətəndaş müharibəsi zamanı öldürülüb.